xiyar tursusu

Ən dadlı xiyar marinadının RESEPTİ

Baxış sayı: 2. 195

Mövsümün ən çox sevilən turşu növlərindən biri də xiyardan hazırlanır. Lakin bu hazırlıq prosesi hər zaman uğurla baş tutmur. Məhz bu səbəbdən evdar xanmlar üçün ən dadlı və fərqli xiyar marinadının reseptini təqdim edirik.

Bunun üçün bizə 4 ədəd xiyar, 1 ədəd soğan, 400 ml ağ şərab sirkəsi, 2 xörək qaşığı xardal toxumu, 1 xörək qaşığı duz, 30 qr şəkər tozu və 1/2 çay qaşığı sarıkök lazımdır.

 

Hazırlanma qaydası:

Xiyarları yuyun və 3-4 mm qalınlığında halqavari doğrayın. Soğanı da yarımhalqa doğrayın. Balaca qazana şərab sirkəsi, sarıkök, duz, xardal toxumu və şəkər tozu töküb zəif ocaqda qaynadın. Qaynayan marinada doğranmış xiyar və soğanları əlavə edib qaynadın. Ocağın altını söndürüb marinadla birgə xiyarları balaca bankalara bölüşdürün. Qapağını bağlayın və kənara soyuması üçün qoyun. Bankaları soyuducuya yerləşdirin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir