yemek

Ən həcmli kartoflu xəmir

Baxış sayı: 1. 109

Bugünədək sınanmış ən həcmli mayalı xəmir reseptini çox bəyənəcəksiniz.”Gencaile.az”xəbər verir ki, xəmirin tərkibində kartof da var.

 

Tərkibi:

yarım litr su

1 ədəd iri kartof

3 ç/q quru maya

3 x/q şəkər tozu

1 ç/q duz

təxmini 7 stəkana yaxın un

1 stəkan günəbaxan yağı

 

Hazırlanması:

Kartofu soyub, xırda doğrayın. Yarım litr suda tam bişənədək qaynadın. Suyunu süzmədən blender və ya püreəzənlə püre halına gətirin. Sonda blinçik xəmiri qatılığında kütlə alınmalıdır. İndi isə xəmiri hazırlamağa başlayın. İlıq kartoflu kütləni bir qaba tökün. üzərinə maya, duz, şəkər tozu və bitki yağının böyük hissəsini (birazını sonda tökmək üçün saxlayın) əlavə edib, qarışdırın. Bir neçə stəkan un da töküb, 30 dəqiqə otaq temperaturunda saxlayın. Vaxt tamam olanda yavaş-yavaş yerdə qalan un və yağı da əlavə edin. Xəmiri öncə qaşıqla sonra qatılaşdıqca əlinizlə yoğurun. Qabın kənarlarını yağlayıb, xəmiri qoyun. Üzərini örtüb, xəmirin tam acımağını gözləyin. Sonra tavada istədiyiniz içlikli pirojok hətta sobada dadlı bulkalar hazırlaya bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir