Bu toy ənənələri sizi həm təəccübləndirəcək, həm də güldürəcək. Beləliklə, xarici KİV-ə istinadən Çindən Hindistana qədər 5 fərqli ölkənin ən maraqlı toy ənənələrini təqdim edirik:
İsveç
Əgər isveçli biri ilə evlənəcəksinizsə, toy günü bütün qısqanclığınızı bir kənara qoymağa hazır olmalısınız. Niyə? İsveçlilərin ənənəsinə görə, gəlin nə zaman yerindən qalxıb makiyajını təzələmək üçün otağına gedərsə, toydakı bütün qadınlar bəyi öpməkdə sərbəstdirlər. Hələ də davam etdirilən bu qeyri-adi ənənə gəlinlərin səbr həddini aşırır.
İrlandiya
İrlandiyanın toy ənənəsi isə gəlin üçün bir qədər cəlbedici, eyni zamanda da çətindir. Ənənəyə görə, bəylə gəlin rəqs edərkən, gəlin ayaqlarını yerdə saxlamalıdır. İrlandiyalı rəqqasların fikrincə, gəlin ayağını yerdən qaldırsa, şər pəriləri onu aparacaq.
Çin
Çinin Tujia bölgəsindəki toy ənənəsi indiyə qədər eşitdiklərinizi unutdura bilər. Bu bölgədə yaşayan çinli gəlinlər toya 1 ay qalmış hər gün 1 saat fasiləsiz ağlayırlar. 10 gündən sonra ağlamaq ənənəsinə gəlinin anası da qoşulur. 10 gün sonra gəlinin nənəsi bu ənənəni davam etdirir. Bir ayın sonunda ailənin bütün qadınları gəlinin ətrafında ağlamağa başlayır. Bütün qadınların nəğməni xatırladan fəryadı sevincin ifadəsi kimi qiymətləndirilir.
Fransız Polineziyası
Fransız Polineziyasının Markiz adasındakı toy ənənəsi olduqca maraqlıdır. Ənənəyə görə, gəlinin yaxın qohumları üzü üstə yerə uzanır, bəylə gəlin qohumların üstündən keçirlər.
Hindistan
Hindistanın maraqlı toy ənənəsi “Joota Chupai” adlanır. Bəy “Bəli” deməzdən əvvəl ayaqqabılarını çıxarmalıdır. Bəyin ailəsi gəlinin ailəsinin ayaqqabıları götürüb saxlamasına mane olmağa çalışır. Bu ənənə ailələr arasında əyləncəli rəqabətə çevrilir.