Bir çox insan bu və ya digər səbəbə görə çalışdığı yerdən qovulub. Müdirlə dalaşanı da var, iş qaydasını pozduğu üçün üzünə qapı çırpılanlar da… Amma aşağıdakı səbəblərə görə işdən qovulan insanlar az qala rekorda imza atıblar. Bəli, onların işdən qovulma səbəbləri olduqca qəribə, əcaib, hətta deyərdik ki, əndrəbadidir. Dünyanın ən qəribə, amma həqiqətən yaşanmış qovulma hekayələrindən sizin üçün hazırlamışıq.
1.Mark Musarella
Təcili yardım xidmətində texniklik edən Mark Musarella, işi ilə bağlı olaraq getdiyi yerdə cinayətə qurban getmiş mərhumun şəklini çəkib, facebook profilində paylaşdığı üçün dərhal işindən qovulub. Bu, onun iş kodeksini pozduğunun sübutu sayılır.
2. Riçard Eggers
Richard Eggers 1963-cü ildə çalışdığı bir təmir sexində paltaryuyan maşını işə salmaq üçün taxta parçadan istifadə etdiyi üçün işdən qovulub. Amma 49 il sonra, 2012-ci ildə. Buna səbəb isə onun bu hərəkətini illər sonra etiraf etməsi olub.
3. Con Preston
Con Preston ofisdə davamlı olaraq “Seinfeld” serialındakı zarafatları etdiyi üçün işini itirib. Nə vaxt kimsə asqırsa “Bless you!” demək əvəzinə, “You’re so good looking!” dediyi üçün iş yoldaşları tərəfindən şikayət edilən Preston nəhayət qovulub.
4. Mika QraymsDallasdakı Covenant Məktəbində bir qız basketbol komandasının məşqçisi olan Mika Qrayms 2009-cu ildə 100-0 qazandıqları bir matçdan sonra üzr istəmədiyi üçün işini itirib. Amma bu, onun haqlı yerə işdən qovulması ilə bağlı rəyləri gücləndirir.
5. Filippa Hamilton
Boyu 178 sm, çəkisi isə 54 kilo olan Filippa kök olduğu üçün 8 ildir çalışdığı moda şirkəti olan “Ralph Lauren”dən qovulub. Amma qadın bununla razılaşmayıb. Çünki onun boyu və çəkisi arasındakı harmoniya olduqca normaldır.
6. Xuan Kanales
Floridada bir restoranda ofisiantlıq edən Xuan Kanales iş yerinin kənarında bir qadının maşınının oğurlandığını görüb dərhal hadisə yerinə qaçır və oğrunu zərərsizləşdirərək qadını xilas edir. Bəs bu qəhrəmanlığının qarşılığı nə olur? Restoranı icazəsiz tərk etdiyi üçün qovulub. Xuanın buna reaksiyası isə belə olub ki, bu, iş yeri sahibi üçün sadəcə bir fürsət imiş. O da bundan maksimum yararlanıb.
7. Muller Tamas
Vodafone’un Macaristandakı marketinq departamentində çalışan Muller Tamas şirkətin ən böyük rəqiblərindən biri olan T-Mobile haqqındakı komik bir tweet’i retweetlədiyi üçün qovulub. Bu isə anormal durum kimi təhlil edilib. Çünki rəqib şirkət barədə gülməli bir statusu dəstəkləmək bütün hallarda müsbət hal sayılır.
8. Viki Valker
Yeni zelandiyalı Vicki Valker iş yoldaşlarına toplu halda göndərdiyi bir e-mailə əlavə etdiyi formları düzgün şəkildə doldurmaları üçün yazdığı təlimatı tünd qara və böyük hərflərlə seçdirib. Məhz buna görə də işdən çıxarılıb. Rəhbərlik bildirib ki, bu təlimatı xüsusi olaraq fərqləndirməklə o, iş yoldaşlarının zəkasına şübhə etdiyini bildirib. Bu isə yolverilməz bir hərəkətdir.
9. Kimberli Svann
İş yerində oturarkən Facebook durumuna “İş yerində sıxılıram” yazan Kimberleyin bu hərəkəti cavabsız qalmayıb. Müdiri ona “madam ki, sıxılırsan, səni burda məşğul etməyək” deyərək, işdən çıxarıb. Bu isə iş yerində oturub işindən şikayətlənənlər üçün yaxşı dərs olub. Onlar bununla da anlayıblar ki, ümumiyyətlə, sosial şəbəkədə iş yeri ilə bağlı hansısa fikri paylaşmaq doğru deyil. Xüsusən də rəhbərlik dostluğunuzdadırsa…
10. Melissa Nelson
10 il eyni diş həkiminin yanında çalışan Melissa evlidir və iki uşağı var. Amma diş həkiminin həyat yoldaşı onun cazibədar və seksual olduğunu iddia edərək, işdən qovulmasına səbəb olub. Ən maraqlısı isə odur ki, iş məhkəməyə gedib və məhkəmə də onun işi üçün “çox seksual” olduğuna qərar verərək, müdiri haqlı bilib. Bu da işin ən qəribə tərəfidir.
11. Steysi Fernal
Steysi 2008-ci ildə Kanadada ofisiantlıq edərkən xərçənglə mübarizə vəqfinə pul toplamaq məqsədi ilə başını qırxdırıb. Elə buna görə də çalışdığı restoran onu işdən çıxarıb. Çünki ofisiant iş qaydalarına uyğun davranmayıb.
12. Josefina Hernandez
Uzun zaman bir apteklər şəbəkəsində çalışan diabet xəstəsi Josefina, hipoglisemi krizi tutanda qan şəkərini artırmaq üçün 1.39 dollarlıq çipslərdən bir ədəd açıb yediyi üçün işindən qovulub. Aptek bunu oğurluq kimi qiymətləndirdiyi üçün işçisini cəzalandırıb.
13. Daniel Kembric
İngiltərədə bir kitab anbarında çalışan Danielin işdən qovulması isə iş yoldaşlarının şikayəti əsasında olub. Yoldaşları onun iş yerində həddən artıq qaz çıxardığını iddia ediblər. 35 şikayətdən sonra onu işindən qovublar. Amma Daniel bildirib ki, bu vəziyyətə səbəb onun istifadə etdiyi antidepresanlarla bağlıdır. Bu əsaslandırma isə heç bir işə yaramayıb.
14. Tomas Lopez
Xilasedici Tomas Lopez çalışdığı çimərliyin sərhədləri xaricindəki bir nəfəri boğulmaqdan xilas etdiyi üçün işindən qovulub. Buna etiraz edən iş yoldaşları da istefa ərizəsi yazıblar. Bundan sonra rəhbərlik Toması geri çağıraraq yenidən işə bərpa etmək istəyib. Bu dəfə də Tomas onların təklifini rədd edib.
15. Kassandra Firinq
New York Bronksda müəllimlik edən Kassandra Firinq adlı qadın dördüncü sınıf şagirdlərindən münasibətlə bağlı tövsiyyə istədiyi üçün məktəbdən qovulub. Bunu haqsız sayan isə… yoxdur.