burc

Ən qısqanc 4 bürc: Onlar sizi uçan quşdan da qısqanır

Baxış sayı: 516

Sevgi ehtiras və məhəbbət dozasında olanda gözəldir, lakin qısqanclıq hissləri bəzən cütlüklər arasında sıxıntı yarada bilər. Bəzi insanlar azadlığını sevərkən, bəziləri qısqanc və əhatəlidir.

“Gencaile.az” saytı  xarici mediaya istinadən bildirir ki, “qısqanclığa dözə bilmirəm” deyənlərdənsinizsə, bu dörd bürcdən uzaq durun.

 

Şir

Şirlər təbii olaraq rəqabətlidirlər. Təbii ki, onlar bu rəqabət hisslərini sevgi həyatlarına da əks etdirirlər.

Partnyorlarını bəzən dostlarından belə qısqanan Şirlər, girdikləri mühitdə ən diqqətçəkən və müvəffəqiyyətli insan olmaq istəyir və ortağından bunu hiss etdirməsini gözləyirlər.

Şirlər partnyorlarının qarşı cinsin nümayəndələrini tərifləməsinə, hətta xoş niyyətlə belə tərifləməsinə dözə bilmir və dərhal qısqanclıq hissləri meydana çıxır.

Bu səbəbdən Dolça, Tərəzi və Oxatan kimi liberal və müstəqil bürclər Şir bürcü üçün uyğun deyil.

 

Buğa

Buğalar insanlara asanlıqla güvənmirlər, lakin güvəndikləri zaman o insanların hər zaman yanlarında olmasını istəyirlər.

Sahiblik xüsusiyyətləri ilə diqqət çəkən Buğa bürcü, münasibətlərdə də eynisini göstərir.
Bəzən dostlarının yeni dostluqlar qurmasına belə dözə bilməyən Buğalar, sevgililərinə qarşı bu münasibətini daha aydın göstərirlər.

burcler

Əqrəb

Təbiətcə dərin əlaqələr quran Əqrəblər ehtiras və şəhvəti təmsil edir, lakin sevgilərini nümayiş etdirməyi sevmirlər.

Əqrəblər də sevgiləri kimi qısqanclıqlarını öz içlərində yaşayırlar, buna görə də heç gözləmədiyiniz vaxtlarda qısqanclıq əlamətləri göstərə bilərlər.

 

Xərçəng

Xərçəng öz təbiətinə görə hər kəsi qorumalıdır. O sizə o qədər qayğı göstərir ki, bu qədər sevildiyinizə inana bilmirsiniz.

Lakin bunun müqabilində sevdiklərinin gözündə bir nömrə olmaq istəyir. Onu prioritet etməsəniz, o, çox qısqanc ola bilər. Ya öz qabığına çəkilir, ya da həyatınızdan yox olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir