encir

Əncir mürəbbəsinin – HAZIRLANMA QAYDASI

Baxış sayı: 1. 945

Bir çoxlarımız əncir yeməyi çox sevirik. Hazırda isə əncirin tam mövsümüdür və bu meyvədən bolluca istifadə etməyin tam vaxtıdır. Həmçinin əncir mürəbbəsi bişirmək üçün də münasib bir zamandır.

“Gencaile.az” ev üsulu ilə sadə əncir mürəbbəsi bişirməyin qaydasını sizə təqdim edir.

 

Lazım olanlar:

1 kilo əncir

1 kilo şəkər tozu

4-5 ədəd mixək

1 yemək qaşığı limon suyu

4 stəkan su

 

Hazırlanması:

Əvvəlcə əncirləri soyun və geniş bir qazanda 20 dəqiqə qaynadın. Qaynadıqdan sonra süzün və yavaşca sıxaraq meyvənin acı suyunu çıxarın.  Qaynadılmış suyu, şəkər tozunu və mixəyi geniş bir qaba əlavə edib qaynadın. Şəkər yaxşıca ərisin və bir az mətləşəndə əncirləri əlavə edin və 25 dəqiqə bişirin. Son olaraq limon suyunu da əlavə edib 5 dəqiqə daha bişirin.

 

Nuş olsun 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir