ENCIR

Əncir yemək üçün 8 MÜHÜM SƏBƏB

Baxış sayı: 1. 984

Əncir çox faydalı müalicəvi məhsuldur. Əncir vitaminlər, minerallar, aminturşuları, antioksidantlar, qidalı liflər və s. faydalı maddələrlə olduqca zəngindir.

Əncirin ən mühüm faydaları bunlardır:

1. Əncir kaliumla zəngindir. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün çox vacibdir. Kalium təzyiqi normada saxlamağa kömək edir.

2. Əncir qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

3. Əncirin tərkibində “benzaldegid” adlı maddə var. Elmi araşdırmalar sübut edib ki, bu maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

4. Əncir dəmirlə zəngindir və bu səbəbdən qanazlığı zamanı və qanazlığının profilaktikası üçün çox faydalıdır.

5. Əncirin tərkibində “fisin” adlı maddə aşkar olunub. Bu maddə damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

6. Əncir zəif, xəstəlik, əməliyyat keçirmiş insanlar üçün çox faydalıdır – orqanizmi möhkəmləndirir və bərpanı sürətləndirir.

7. Əncir sinir sisteminə müsbət təsir edir – beyinin fəaliyyətini yaxşılaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu azaldır.

8. “Qara” daha doğrusu bənövşəyi əncir sarı əncirdən daha faydalıdır. Onun tərkibində 2 çox faydalı maddə var – “antosian” və “resveratrol”. Antosian iltihab və xərçəngəleyhinə təsirə malikdir, ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin riskini azalıdır. Resveratrol isə orqanizmdə qocalma prosesləri ləngidir, güclü iltihabəleyhinə təsirə malikdir, xolesterinin səviyyəsini aşağı salır, xərçəng və Alsheymer xəstəliyinin riskini azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir