Qidaya yararlı çoxillik ekzotik bitki ənginar qaraciyəri təmizləyir, mədəni qoruyur və ən əsası ürək xəstəliklərinə yaxşı təsir göstərir.
“Gencaile.az” saytı Azərbaycan Qida Təhlükəsizlik İnstitutuna istinadən xəbər verir ki, ənginar zülal, karbohidrat, A, B, P, C vitaminləri, inulin, lif, mineral və antioksidantlar kimi faydalı elementlərlə zəngindir.
Tərkibində yüksək miqdarda fol turşusu, C və K vitaminləri olmaqla yanaşı maqnezium, fosfor, kalium və dəmir kimi vacib minerallara da rast gəlinir.
Qan dövranını yaxşılaşdırır, qan təzyiqini azaldır. Həmçinin diabet xəstələrində qanda şəkəri salmağa kömək edir.
Ənginar lifli bir quruluşa malikdir. Orqanizmdə həzm sisteminin işini yüksək dərəcədə dəstəkləyir. Buna görə mədə və bağırsaq funksiyasının hərəkətliliyinin sürətləndirir.
Bundan başqa, uşaqlarda sümük, əzələ, beyin inkişafına kömək edir, immun sistemini möhkəmləndirir.