enlik

Ənlik çəkməyin qızıl qaydaları

Baxış sayı: 1. 394

Solğun və yorğun üzü gözəl göstərməyin tək yolu ənlikdir. Ənlik olmasaydı, solğun yanaqlara necə başa çıxardıq bilmirəm… Amma ənliyin də öz qaydaları var. Ənliyi düzgün çəkmək üçün diqqətli olmalısan.

Şit və çox çəkilmiş ənliyin nə qədər pis göründüyünü bütün qadınlar yaxşı bilir. Ən yaxşı variantda təlxəyə oxşayacaqsınız. Bu səhvə yol verməmək üçün sizə bir neçə məsləhət verəcəyik.

Almacıq sümüklərini üzə çıxarmaq istəyirsinizsə, alt hissəni tündləşdirib üst tərəfi parıltılı ənliklə vurğulaya bilərsiniz.

Alın əlinizə fırçanı və ənliyinizi çəkin. Ancaq hansı fırçanı seçəcəyinizi, hansı ənliyi necə çəkəcəyinizi bilirsinizmi? O zaman məsləhətlərimizi nəzərdən keçirin!

 

Üz quruluşuna görə:

Yumru üzü incə göstərmək üçün: Ənlik fırçasını almacıq sümüklərindən başlayaraq yuxarıya, gicgahlara tərəf çəksəniz, üz daha uzun görünər.

İncə üzü həmcli göstərmək: Yanaqlarınızın ortasından başlayaraq almacıq sümüklərinizə tərəf ənliyi çəksəniz, daha yumru görünər.

Uzun üzü qısa göstərmək: Ənliyinizi fırça köməyi ilə almacıq sümüklərindən gicgahlara tərəf çəkərkən, göz qapaqlarınıza qədər çıxara bilərsiniz. Gözlərdə, çənədə və yanaqlarda eyni tonu istifadə etmək, üzünüzü daha qısa göstərər.

Kvadrat üzü yumşaltmaq üçün: Almacıq sümüklərindən başlayaraq, aşağı yanaqlara tərəf ənliyi çəkə bilərsiniz. Daha sonra incə bir fırçayla açıq tonda ənliyi gicgahlara tərəf çərçivə şəklində tətbiq edə bilərsiniz.

Daha çıxıx almacıq sümükləri üçün: Dəri rənginizdən iki ton daha tünd bir ənliyi almacıq sümüklərinizə çəkə bilərsiniz. Tam almacıq sümüklərinizin üzərinə isə işıqlandırıcı bir məhsul istifadə etsəniz, almacıq sümükləriniz olduğundan daha diqqətə çarpan görünəcək.

 

Qaydalar:

Dəri rənginizə uyğun ənlik seçərək daha sağlam görünə bilərsiniz. Sarşın və ağ dərilisinizsə, şaftalı, narıncı və çəhrayı kimi isti rəngləri istifadə edə bilərsiniz. Əsmər xanımlar isə bürünc və bənövşəyi tonlara müraciət etməlidir.

Krem ənliklər həm təbii görünür, həm asan çəkilir. Xüsusilə quru dəri tipi üçün idealdır. Çox yağlı dəriniz varsa, krem ənlik sizi solğun göstərər.

Ənlik sürməyə yanaqlarınızın ən üst tərəfindən, yəni almacıq sümüklərinizdən başlamalısınız. Əgər doğru nöqtəni tapmaqda çətinlik çəkirsinizsə, ənliyi çəkərkən gülümsəyin, beləcə şəkdiyiniz sahə ortaya çıxar.

 

Ənlik fırçası seçərkən:

Digər fırçalara nisbətlə daha böyük olmasına diqqət yetirmək lazımdır. Ənlik fırçaları uc seqmentinə görə forma verir. Klassik uclu fırçanın seqmenti yumru, tükləri isə bol olur. Sapların olması da vantajdır. Düz ucların isə tükləri qısa və düz seqmentli olur. Yanaqlara açıq parıltı vermək üçün tətbiq edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir