Son zamanlarda ərik tərkibli arıqlama çayı olduqca populyarlıq qazanıb. Bağırsaqların fəaliyyətini sürətləndirən ərik çayının, həqiqətən də, işə yarayıb-yaramadığını bilmək istəyirsinizsə, yaxın əyləşin.
Beləliklə, əriklə arıqlama metodlarını təqdim edirik:
Pəhriz üçün mükəmməl lif qaynağı olan ərik tərkibindəki həll oluna bilən liflər sayəsində bağırsaqların sürətli şəkildə işləməsinə yardımçı olur. Yağ turşularını parçlayır və beləliklə, həzmi asanlaşdırır, uzunmüddətli tozluq hissi yaradır. Nəticədə sağlam, təbii yolla arıqlamağa kömək edir. Beyindəki tanyosit adlı hüceyrə iştaha nəzarət etmək imkanı yaradır. Metabolizmin sürətli şəkildə işləməsinə yardımçı olur. Yağ yandırmanı asanlaşdırır.
Quru ərik arıqladır? Ondan necə istifadə etmək lazımdır?
Gün ərzində bir dəfəyə 5 quru ərik yemək bağırsaqları həddən artıq sürətləndirdiyi üçün bəzi sağlamlıq problemləri yarada bilər. Bunun qarşısını almaq üçün səhər yeməyində 3 ədəd ərik yemək kifayət edəcək. Əriyin pəhrizdə ən düzgün istifadəsi gün ərzində 10 ədəddən az yeməkdir.
Quru ərik Günəşin altında qurudulsa, effekti daha yaxşı olacaq.
Ərik pəhrizi
Səhər:
3 ədəd xurma, 3 ədəd ərik, 1 fincan su
Ara öyün:
2 ədəd əncir, 3 ədəd ərik, 1 fincan su
Günorta:
Pomidor, xiyar və kahı ilə hazırlanmış az yağlı salat
Ara öyün:
2 ədəd əncir, 3 ədəd ərik, 1 fincan su
Ara öyün:
3 ədəd xurma, 3 ədəd ərik, 1 fincan su
Ara öyün
1 ədəd elma
Axşam:
Pomidor, xiyar və kahı ilə hazırlanmış az yağlı salat
Ara öyün:
1 ədəd armud, 1 fincan su
Yatarkən:
3 ədəd xurma, 3 ədəd ərikı, 1 fincan su
Qeyd: pəhriz 4 gündən çox davam etdirilməməlidir.
Yağ yandıran ərik qarışımı
2 quru ərik
1 böyük fincan su
5-6 damla limon suyu
Quru əriyi suya atıb üzərinə limon suyu əlavə edin. Axşam hazırlayın, səhər acqarına için.
Ərik çayı arıqladır?
Əriyi meyvə formasında yeməyi sevmirsinizsə, çayından istifadə edə bilərsiniz. Dəmir səviyyəsi yüksək olan ərik anemiya və qəbzlik kimi problemlərin də öhdəsindən gəlir.
Hazırlanması:
Ərik qurusunu yaşıl çay yarpaqları ilə birlikdə dəmləyin. 5 dəqiqə gözlədin və için.