kokelmek

Ərlə arvad çox vaxt birgə kökəlirlər – ARAŞDIRMA

Baxış sayı: 1. 470
Ailəli cütlükdən biri çəki yığırsa, o zaman onun həyat yoldaşının piylənməsi riski təxminən iki dəfə artır. Musavat.com-un məlumatına görə, ABŞ-dakı Con Hopkins Universitetinin təhqiqatçıları bu qənaətə gəliblər.
Alimlər 1987-89, 2011-13-cü illərdə 4 minə yaxın cütlüyün həyat tərzini izləyiblər. Araşdırma göstərib ki, əgər arvad kökdürsə, ərin piylənmə ehtimalı 78% artır. Və ya əgər kişi çəki toplamağa başlayıbsa, qadının kökəlmə ehtimalı 89% artır. Maraqlıdır ki, cütlüklərdən biri çəki atanda digəri də arıqlamağa meylli olur.
Təhqiqatçılar hesab edir ki, zaman ötdükcə cütlüklər ümumi vərdişlər qazanır, oxşar həyat tərzi sürürlər. Ona görə də onlardan biri çəki toplayanda digəri də eyni yolla gedir və əksinə – arıqlayanda yoldaşı da çəki atmağa başlayır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir