Ərlə arvadın hansı səbəbdən bir-birinə bənzəməsini aydınlaşdırmağa çalışan alimlər cütlüklərin bir-birinə bənzəməsi ilə bağlı maraqlı nəticəyə gəlib. Tədqiqatçıların 879 ər-arvadın iştirakı ilə apardığı eksperimentlərdən sonra məlum olub ki, onların əksəriyyətinin ümumi genləri var. Elm adamları bu qanunauyğunluqları sivilizasiya tarixiylə izah edib. Tədqiqatçıların sözlərinə görə, Orta əsrlərdə öz uzaq qohumları ilə nikahlar qəbul edilirdi. Buna misal olaraq köhnə dünyanın kral ailələrinin nümayəndələrini xatırlatmaq olar. Beləliklə “qohumluq genləri” bütün Avropada yayılıb. Ona görə də hətta indi, internet-tanışlıq dövründə insanların öz oxşarlarına rast gəlməsi və aşiq olması təəccüblü deyil.
Bununla belə bəzi alimlər, bu nəzəriyyəyə kəskin qarşı çıxıb və “problemin” alternativ izahatını verib. Xüsusilə ikinci qrup alimlər hesab edir ki, ər-arvad bir-birinə bir neçə illik birgə həyatdan sonra, tədricən bənzəməyə başlayır. Çünki oxşar emosiyalar yaşayırlar və bunun nəticəsi olaraq, onların üzündə qırışlar eyni yerlərdə yaranır və oxşar olur. Üz cizgilərində də məhz bu səbəbdən oxşarlıq müşahidə olunur.
Üçüncü qrup alimlər isə başqa fikir irəli sürüb. Onların fikrincə, əgər partniyorunuzda sizə xas olan oxşar cizgilər (gözlərin quruluşu, dodaqlarının həcmi və ya burnun fasonu) görürsünüzsə, əslində qarşı tərəfdə özünüzü görməyə başlayırsınız. Bu da təəccüblü deyil. Axı siz ona qarşı xüsusi emosiyalar hiss etməyə və vurulmağa başlayırsınız.
Bundan başqa, alimlər təsdiq edib ki, kişilər adətən analarına oxşayan ömür-gün yoldaşı axtarır. Qızlarda isə əksinə: onlara atalarını yada salan gənclərə qarşı çox həssas yanaşırlar. Özü də bu, təkcə zahiri görünüş ilə bağlı deyil, həm də yaşla əlaqədardır.
Məlum olub ki, uşaq öz ideal qadın (anamın yəni) obrazını yaddaşında saxlayır. Belə ki, həyatının ilk illərində körpəyə anasının necə göründüyü ötürülür. Ona görə də uşaq gənc yaşda anasına bənzəyən yaşlı qadınlara daha çox diqqət yetirir.
Qeyd edək şou dünyasında da bir-birinə bənzəyən cütlüklər çoxluq təşkil edir. Bunlara misal olaraq Ancelina Coli və Bred Piti, Krissi Teyqen və Con Lecendi, Bleyk Layvli və Rayan Reynoldsu, Castin Timberleyk və Cessika Bili, Jizel Bündhen və Tom Bredi nümunə çəkmək olar. Təəssüf ki, bir-birinə oxşayan insanların nikahlarının uzunömürlü olması ilə bağlı hələlik heç bir araşdırma aparılmayıb.