Olur ki, insan gündəlik vurnuxmaya başı qarışır və reallığın dərinliyini və gözəlliyini görmür. Sonra isə bir fəlsəfi film maraqlı, gizli mənalarıyla onun həyatına daxil olur. Bundan sonra insan yeni təcrübə qazanır, öz həyatına və ətraf mühitə başqa bucaq altında baxmağa başlayır.
“Gencaile.az” “Publika.az”-a istinadən kinoqurmanları düşünərək, 10 bir-birindən maraqlı, fəlsəfi filmlərdən ibarət icmalı təqdim edir.
1. “Su”
Rejissor: Dipa Mexta, 2005-ci il
Hindistan 1938-ci il. Hind qanunlarına görə, istənilən yaşda qızı ərə vermək olar və əgər əri ölərsə, arvadını üç variant gözləyir: ölən həyat yoldaşına sadiq ömrümün qalan hissəsini yaşamaq, onun kiçik qardaşının arvadı olmaq, ömrünün qalan hissəsini dul qadınlar sığınacağında başa vurmaq. Film 8 yaşlı, dul qalmış qız barədədir. Taleyi elə gətirir ki, o, dul qadın kimi məbəddə həyatını keçirməli olur. Burada çox sərt qanunlar hökm sürür və gözlənilməz hadisələr baş verir.
2. “Bahar, yay, payız, qış və yenə bahar”
Rejissor: Kim Ki Duk, 2003-cü il
Kinolentin rejissoru Kim Ki Duk qoca şəfaverən və gənc rahibiin həyat timsalında avropalılara şərqin rəmzlərinin mənasını açıqlayır. Kim təbiətin biçimli sxemini pozmaq niyyətində olarsa, onu məyusluq və cəza gözləyir. Rahibin törətdiyi cinayətlər müəlliminin ölümünə səbəb olur və həbsxana ilə müşayiət olunur. Sonra isə həyatına gənc şagird – bir bahar bəxş edirlir ki, onunla həyat yoluna davam edir.
3. “İfritələrin dövrü”
Rejissor: Dominik Sena, 2011-ci il
Rejissor taçaşaçıları orta əsr Avropasına aparır. Burada taun epidemiyası yayılmışdı. Xalqa bu fikir aşılanır ki, bütün bunların günahkarları ifritələrdir. Əgər onları ovsunlarından məhrum etsək, o zaman xəstəlik kəsiləcək. İki nəfərə qara qəlbindən cinləri qovmaq üçün ifritəni uzaq bir yerə aparmaq tapşırılır ki, bu plan o qədər də asan başa gəlmir.
4. “Lobster”
Rejissor: Yorqos Lantimos, 2015-ci il
Filmin rejissoru Yorqos Lantimos bəşəriyyət üçün gələcəyi qabaqcadan xəbər verən bir versiyadan bəhs edir. Burada hər kəsin şəxsi həyatı tənzimlənir və tənhalığa yol verilmir. Tənhalar qısa müddətdə özünə yoldaş tapmağa məcbur edilirlər. Əks halda insan vəhşi heyvan obrazında olacaq və həyatının qalan hissəsini meşələrdə dolaşmaqla keçirəcək. Belə şəraitdə üsyankarlar meydana çıxır və gözlənilməz olaraq, süjet qarşıdurma ilə müşayiət olunur.
5. “Dost”
Rejissor: Leonid Kvinixidze, 1987-ci il
Rejissor Leonid Kvinixidzenin tragikomediyası içkiyə meylli ziyalı və danışa bilən itin dostluğu haqqındadır. Köpək dostunu hər yerdə müşayiət edir və təsirli söhbətlər öz nəticəsini verir: it içkiyə meylli dostunu bu fəlakətdən yayındırmağa müvəffəq olur.
6. “KoKoKo”
Rejissor: Avdotya Smirnova, 2012-ci il
Filmdə bir həyat medalının iki üzü ekranlaşdırılıb. İki müxtəlif təbəqələrdən olan adi vətəndaşa Piterdə bir mənzildə yaşamaq qismət olur. Biri ziyalı ailədən olan muzey işçisi, digəri əyalətdən olan avantürist – içkisiz və kişilərsiz həyatını təsəvvür etməyən şəxs. Tale onları necə birləşdirəcək?
7. «Yöntl»
Rejissor: Barbra Steyzand, 1983-ci il
Barbra filmdə baş rol oynayır. Atasının oğlan kimi böyütdüyü qızın gələcək həyatı necə ola bilər? Bu barədə yəhudi ailəsindən olan qızın həyat hekayəsində bəhs edilir. Atası ravvin idi və ona Tövratın sirlərini öyrətmiş, Musanın qanunlarından xəbərdar etmişdi. Atasının ölümündən sonra o, kişi geyimləri geyinir və yenidən oğlan obrazında həyata davam edir. Bu qeyri-adi eksperiment nə ilə başa çatacaq?
8. “Günəşin evi”
Rejissorlar: Q.Sukaçov və A.Tomaşevski, 2009-cu il
Musiqi, sevgi və azadlıq gənc qız üçün sirli gələcəyə atılan ilk cəsarətli addımlar idi. İnstitut, əlverişli ailə qurmaq, gələcəkdə görüləcək işlər onun planlarına daxil idi, lakin hər şey bir anda dəyişir: o, azad avaraların lideri Günəşlə tanış olur.
9. “99 frank”
Rejissor: Yan Kunen, 2007-ci il
Müasir istehlakçılar cəmiyyətini bacarıqlı mütəxəssislər idarə edir. İri reklam agentliyinin dahi işçisi ustalıqla reklam etdiyi məhsulları, məharətlə satmağa bacarır. İnsanlar seçim edərkən, manipulyatorların əmrinə necə tabe olurlar?
10. “Qaranlıqda rəqs edən”
Rejissor: Lars fon Trier, 2000-ci il
Bir-birinə dolaşan musiqi, hiylə və məhəbbət. Film mühacir Selma haqqındadır. O, zavodda işləyir, uşağının müalicəsi üçün pul yığmalıdır. Öz eqosu gənc qadına müqəddəs məqsədinə çatmağa imkan vermir.