Hazırlamaq üçün lazım olan ərzaqlar.
Toyuq filesi – 200 qr
Qırmızı və yaşıl bibər – hərəsindən 1 ədəd
Baş soğan – 1 ədəd
Pomidor – 1 ədəd
Kök – 1 ədəd
Kartof – 1 ədəd
Badımcan (xırda) – 2 ədəd
Zeytun yağı
Şüyüd, keşniş – ½ hissə
Sarıkök, duz və istiot
Hazırlanma qaydası:
Toyuq filesi bişirilir, bulyondan çıxarılır xırda doğranılır. Kartof xırda doğranılır və bulyonda bişirilir. Baş soğan da xırda doğranılır, yağda qovrulur, üzərinə xırda doğranılmış kök, bibər, qabığı soyulmuş pomidor, duzlu suda acısı çıxarılmış badımcan əlavə edilib zeytun yağında yağa düşənə qədər qovrulur. Duz, istiot və sarıkök vurulur. Sonda tərvəz qovurması və toyuq filesi bulyona əlavə edilir bir az qaynadılır. Sonda üzərinə xırda doğranılmış göyərti əlavə edilir.
Nuş olsun!