et

Əti necə bişirək ki, dadlı və yumşaq olsun?

Baxış sayı: 1. 410

Dadlı və təzə ət seçmək qabiliyyəti də bir incəsənətdir. Etiraf etməliyik ki, bunu hər kəs bacarmır. Güvənəcəyiniz qəssab tanışınız və keyfiyyətli ət seçmək qabiliyyətiniz yoxdursa, bir yolunuz var: Aldığınız əti ləzzətli bişirmək.

“Gencaile.az” hazırlayacağınız ət yeməkərinə unudulmaz ləziz dad qatmaq üçün aşağıdakılara riayət etməyi tövsiyə edir:

 

Soğan

Ət xörəklərinin ən dadlı tərkib hissəsi soğandır. Soğanı bişirəcəyiniz ətin tərkibinə halqa, yarımhalqa, ətçəkən maşınından keçirilmiş və ya sürtgəcdə rəndələnmiş halda qatıb, 1 saat gözlədin. Daha sonra yeməyi hazırlayın. Nəticəni özünüz görəcəksiniz.

 

Xardal

Xardal (qorçitsa) ətə xüsusi dad qatmaq üçün əlverişli ərzaqdır. Xardalı ya toz , ya da sous halında ətin hər tərəfinə sürtün. Əti tikələrə bölüb, 20 dəqiqə saxlayın. Sonra tikələri tavada qızarda və ya sobada bişirə bilərsiniz. Bu üsulla hazırladığınız ət xüsusi ətirə və birazca acı dada malik olacaq.

 

Mineral su

Bəli, səhv oxumadınız, məhz mineral su ətə əvəzsiz dad qata bilər. Təcrübəli aşpazlar bu üsuldan istifadə edərkən “Borjomi” və s. tipli müalicəvi mineral suları seçirlər. Cəmi 10 dəqiqə mineral suda saxlanmış ət bişdikdən sonra çox yumşaq olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir