etir

Ətir seçəndə nəyə diqqət etməli?

Baxış sayı: 1. 788

Düzgün ətir seçimi qarderob və makiyaj seçimi qədər önəmlidir. Bu seçimi edərkən bir sıra amillər nəzərə alırsınız. Bəs görəsən bu amillərdən hansını doğurdan da nəzərə alınmalıdır, hansıların isə ətir seçimi ilə qətiyyən əlaqəsi yoxdur.

Başlayaq rənglərdən. Çox  vaxt internetdə belə başlıqlı məqalələrə rast gəlmək olar: “Sarışın xanımlara yaraşan ətirlər”, “Brunet xanımlar üçün top 10 parfum” və s.  Əvvala qadınların saç rəngi tez-tez dəyişən bir şeydir. Bügün sarışın olar, sabah kürən olar. Hətta siz saç mövzusunda mühafizəkarsınızsa və heç vaxt rəngini dəyişməmisinizsə belə, sizcə saçla ətrin hansı əlaqəsi ola bilər? Ətir dəriyə vurulur və insanın dərisinin qoxusu ilə təmasa keçir. Diqqət edilməli olan amil saç yox, dəridir. Dərinin tipindən asılı olaraq ətir özünü müxtəlif apara bilər və hətta qoxusu tamamilə dəyişə bilər.

Peşə və həyat tərzimiz.  Diqqət olunmalı amillərdən biridir. Elə peşə sahibləri var ki insanlarla sıx təmasda olurlar. Misal üçün həkimlər, bağça və məktəb müəllimələrinin qışqıran, tünd qoxulu parfumu, massajistlərdə uzun dırnaq kimi yersiz olar. Eləcə də idman zalında trenersinizsə peşənizə uyğun yüngül və təravətləndirici deo-spreylərdən istifadə məsləhətdir.

Keçək ölçülərə. Belə bir streotip fikir formalaşıb ki dolu insanların dərisinin qoxusu daha intensiv olur. Əslində insanın dəri qoxusu çox individualdır və bədən həcmi ilə əlaqəsi yoxdur. Dolu insanlar arıqlardan daha çox yer tutar maksimum. Yüngül ətirlərin insanı daha incə göstərməsi, şirin qoxuların isə daha dolu göstərməsi fikri elm tərəfindən hələ sübut olunmayıb. Bu səbəbdən ətir seçərkən belə şeyləri heç düşünməyin.

Ulduz falı və digər falçılıq növləri. Ətir növləri o qədər çox və fərqlidir ki, insanlar daim müxtəlif ümumiləşdirmələrə müraciət edirlər. Ulduz falını təkcə ciddi mətbuatda yazmırlar. Demək olar bütün qadın jurnallarında, portallarda ulduz falına rastlamaq olar. Bəs orada yazılanlar nə dərəcədə doğrudur? Bəs bürclərin parfumeriya ilə nə əlaqəsi var? Deyək ki hansısa bürcə uyğun gələn bitki orxideyadır, orxideya notları Tom Ford Black Orchid-in tərkibində var. Bəs bu orxideya notlarının orxideya bitkisi ilə nə əlaqəsi var. Parfumeriyada orxideya notları müxtəlif təbii və süni xammalların köməyi ilə alınır. Ona görə ətir seçərkən ulduz falına aludə olmayın.

Hava şəraiti. Hava şəraitini ətir seçərkən mütləq nəzərə almaq lazımdır. Çünki məhv havanın temperaturu, rütubət dərəcəsi istifadə etdiyiniz ətrin notlarının açılmasına və yayılmasına çox təsir edir. Soyuq qışda istifadə etdiyiniz tünd parfümləri yayda istifadə etsəniz həm özünüz sıxılarsız, həm ətrafdakıları narahat etmiş olarsınız.Ümumiyyətlə isə ətir seçərkən sevdiyiniz, sizə xoş təəssüratlar bəxş edən qoxulara üstünlün verin. Əgər ətir seçmək üçün konsultanta müraciət edirsinizsə, əvvəl istifadə etdiyiniz və bəyəndiyiniz parfümlərdən misallar gətirin. Belə o sizin nə istədiyinizi daha tez anlayar və sizə kömək edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir