“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə ətli doğramacın hazırlanma qaydasından bəhs edəcəyik.
Ərzaqlar:
Mal əti – 200 qr
Kartof – 2 ədəd
Qırmızı turp – 4 ədəd
Xiyar – 1ədəd
Yumurta -2 ədəd
Yaşıl soğan, şüyüd, cəfəri – Yarım dəstə hərəsindən
Qatıq, xama
Su – 1 stəkan
Duz, istiot
Hazırlanması:
Ət, yumurta, kartof suda bişirilir, soyudulur. Ət ya kubik doğranılır, ya da didilir. Xiyar qabığı soyulur, qırmızı turpla birgə xırda kub doğranılır. Göyərtilər xırdalanır. Hamısı bir qabda birləşdirilir, duz, istiot səpilir. Ayrıca qatıq qarışdırılır, üzərinə 1 stəkan su alınır və xama qatılır. Ərzaqlar bura əlavə olunur, taxta qaşıqla bir iki dövr qarışdırılır.
Təqdim etdi: İlahə Atəş