Yayın əvəzolunmaz ləzzətlərindən biri də lobyadır. Lobya pomidor sousu ilə birləşəndə ləzzətli olur. Başqa sözlə, daha dadlı lobya bişirmək artıq çox sadədir. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında məhz bundan bəhs edəcəyik.
Lazım olan məhsullar
Yarım kq yaşıl lobya
6 ədəd pomidor
3 diş sarımsaq
1 çay stəkanı doğranmış qara zeytun
3 budaq təzə reyhan
Qaynar su
1 çay stəkan zeytun yağı
Duz və qara bibər
Qırmızı bibər
Kəklikotu
Hazırlanma qaydası
Əvvəlcə təmizlənmiş yaşıl lobya duzlu suda 10 dəqiqə qaynadılır. Qaynadıqdan sonra suyu boşaldın. Tavaya zeytun yağı və sarımsağı əlavə edin. Sarımsağı qovurduqdan sonra lobya əlavə edin və qovurmağa davam edin. Sonra doğranmış pomidor və zeytunlarınızı əlavə edin, qarışdırın və 1 çay stəkan qaynar su əlavə edin. Qalan duz və ədviyyatları əlavə etdikdən sonra su buxarlanana qədər zəif odda bişirin.
Yemək demək olar ki, hazır olduqda, doğranmış reyhan əlavə edin, yaxşı qarışdırın və ocağı söndürün.
Nuş olsun!