Güclü və formalı bədənə sahib olmaq istəyən insanların ilk hədəfi əzələ kütlələrini artırmaqdır. Bunun üçün isə idman etmək şərtdir. Tez zamanda əzələnin artmasına səbəb olan vasitələrdən biri də düzgün və təbii qidalara üstünlük verməkdir.
Beləliklə, əzələ kütləsini artırmaq üçün təbii qidaları təqdim edirik:
Yumurta
Vitamin, sink, dəmir və kalsiumla zəngin olan bir yumurtanın tərkibinə 6-8 qram zülal var. Mütəxəssislər yumurta yeməyin əzələ inkişafında önəmli bir rolu olduğunu vurğulayırlar.
Toyuq
Protein və yağ qəbulunu tarazlaşdırmaq üçün ən ideal qidalardan biri toyuqdur. 100 qram toyuğun tərkibində 30 qram protein var və 4 qram yağ var. Qızardaraq və ya sobada bişirərək, yeyə bilərsiniz.
Balıq yağı
Balıq yağı bədən üçün əhəmiyyətli bir köməkçidir. Maddələr mübadiləsini sürətləndirir.
Yulaf
Yulaf ən sağlam qidalardandır və tərkibi lif, zülal, mineral və vitaminlərlə zəngindir. Əzələ artımı üçün yulaf yemək mütləqdir.
Ananas
Ananasın tərkibində olan zülal həzmi asanlaşdırır. Məşq arası və məşqdən sonra yeyə bilərsiniz.
İspanaq
İspanağın tərkibində əzələnin 20 faizə qədər böyüməsini təmin edən maddələr var. Gündəlik bu tərəvəzdən yeyə bilərsiniz.
Kəsmik
Zülal baxımından olduqca zəngin olan kəsmik uzun müddət toxluq hissi verir.
Badam
Badam zülal və yağ baxımından orqanizm üçün əhəmiyyətlidir. E vitamini ilə zəngindir.
Qırmızı ət
Ətin əzələ inkişafında vacib rolu var. Tərkibində B12 vitamini, sink və dəmir var.