qisqancliq

​​​​​​​Qısqanclıq niyə yaşanır? – MÜTƏXƏSİS YANAŞMASI

Baxış sayı: 896

Qısqanclıqla bağlı danışan Psixiatr Doktor Selin Baran, qısqanclığın, qadın üçün də, kişi üçün də məhəbbətin ən təbii və bəlkə də ən təhlükəli hissi olduğunu ifadə edib.

Kiçik qısqanclıq münasibətlərə faydalı ola biləcəyinə də işarə edən Baran, şişirdilmiş olsa adamın qısqanclığın əsiri olacağını, heç də xoş olmayan hadisələr yaşaya biləcəyini vurğulayıb:

“Aşırı qısqanc insanlar özünə inamı olmayan insanlardır və onlarda başqalarının özlərindən üstün olduğu fikri hakimdir. Ümumiyyətlə, münasibətlərdə qısqanclıq; İtirmək istəmədiyiniz bir adamı ya da əlaqəni itirəcəyiniz və ya təhdid altında olduğu fikri ilə baş verən mürəkkəb ruhi həyat kimi təsvir oluna bilinər”.

qisqancliq

Sahiblənmə hissinin eşqlə əlaqəsi yoxdur

“Qısqanclığın məhəbbətlə əlaqəsi yoxdur. Cəmiyyətdə qısqanclığa səbəb kimi eşq və çox sevmək göstərilir. Halbuki, qısqanclıq məhəbbətin göstəricisi deyil. Eşq, hədsiz sevgi və bağlılıq duyğusudur. İnsanın sevdiyi, aşıq olduğu və yiyələndiyi insanı itirməkdən narahat olması gözlənilən bir haldır. Bu səbəblə, bir-birini həqiqətən sevən iki insan arasında bir miqdar qısqanclıq olması normal bir haldır lakin yiyələnmə duyğusunun sevgi ilə əlaqəsi yoxdur”.

Qısqanc adamların, sevilməyə ifrat ehtiyacları olduğunu bildirən Baran, bu insanların yaşadıqları inamsızlıq və çatışmazlıq duyğuları ilə əvvəl etmədikləri üçün əlaqədə olduqları insanın sevgisini heç kəslə bölüşmək istəmədiklərini bildirir.

Baran, qısqanclığın, içərisində özünə inam əskikliyi və çatışmazlıq duyğularını saxladığını açıqlayıb. İnsanın özünə inamında çatışmazlıq olduğu zaman, özünü yetərsiz, dəyərsiz və əhəmiyyətsiz hiss etməyə başlayacağını bildirir:

“Sahib olduğu sevgini haqq etmədiyini, yoldaşını itirəcəyini düşünür və narahat olurlar. Bu narahatçılıq də qısqanclıq hissinə və onunla baş etmək üçün aparılan sağlam davranışlara səbəb olur. Həddindən artıq qısqanc adam, yoldaşına davamlı nəzarət edir, təqib edir, onun həyatını məhdudlaşdırır və üzərində bir təzyiq yaradıb bu şəkildə onu itirməyəcəyini düşünür. Qısqanclıq hissinin verdiyi həyəcanla aparılan təqib etmə, təzyiq altında saxlamaq, qəzəb, şübhəlilik qarşı tərəfi daha da uzaqlaşdırır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir