icki

1 ay alkoqol qəbul etmədikdə bədəndə nə baş verir? – İNANMAYACAQSINIZ

Baxış sayı: 1. 553

28 gün ərzində alkoqol qəbul etməyən orqanizmdə ciddi dəyişikliklər meyadana gəlir. Həmin dəyişikliklərin nədən ibarət olmasını bilmək istəyirsinizsə, bu yazını sonuna qədər oxumalısınız, çünki sözügedən yazıda oxucularımızı bu dəyişikliklərlə tanış etmişik

Spirt bədənə girdiyi andan etibarən orqanlara, toxuma inflamasiyasına, hətta DNT-yə qədər bir çox orqanlara zərər verə bilir. Həddindən artıq spirt qəbulu şəkər xəstəliyi, qaraciyər çatışmazlığı və bəzi xərçəng növlərinin yaranması riskini artırır. Odur ki, həm ruhi sakitliyi, həm də səhhətin yaxşılaşdırılması üçün alkoqoldan imtina etməyə dəyər.

Şəkər həssaslığı azalır

Spirt qanda şəkər səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da şəkər ehtiyacını yüksəldir. Alkoqolu azaltdığınız zaman qanda şəkərin miqdarı normaya düşür və şirniyyat istəyi azalır. Bu da sabit çəkinin qorunub saxlanmasına birbaşa təsir edir.

Qaraciyər funksiyasını bərpa edir

Mütəmadi olaraq spirtli içki qəbul edən adamlarda qaraciyər hüceyrələri ölür, hətta qaraciyər üzərində yaralar meydana gələ bilər. İkinci həftədən etibarən qaraciyərin funksiyası yavaş-yavaş sabitləşməyə başlayır. Qarşıdakı günlərdə qaraciyər yağlanması tədricən azalır, nəticədə qaraciyərin bədəni toksinlərdən təmizləmək funksiyası da artır.

Yuxu keyfiyyəti yaxşılaşır

Spirtin yuxu gətirdiyi deyilsə də, əslində yuxunun pozulmasına səbəb olur. Spirtli içki yuxunu qarışdırdığı üçün kabuslar görməyə başlayırsınız. Spirtdən uzaqlaşdıqca yuxu keyfiyyəti də artır. Beləcə günə çox daha aktiv başlayırsınız.

Dəri özünü yeniləyir

Üçüncü həftədən etibarən göz altındakı tünd halqalar azalır, şiş və qızartı keçir, dəri rəngi canlanır və tonusunu bərpa edir.

Dişlər güclənir

Alkoqol tüpürcək ifrazını azaldır. 21-ci gündən sonra diş minaları güclənməyə başlayır. Bu, diş çürüməsinin də qarşısını alır.

Çəkiyə təsiri

Dördüncü həftədən etibarən bədən çəkisi əhəmiyyətli dərəcədə azalmağa başlayır. Rəqəm dəyişikliyi əlbəttə ki, fərdi olacaq, ancaq arıqlayacağınız dəqiqdir.

Orqanizmdə su tarazlığı normaya düşür

28-ci gündə qan dövranı sürətlənir və beləliklə üzdə dəri rəngi bərabərləşir. Daha gənc və sağlam görünməyə başlayırsınız.

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir