“Biz də imtahan vermədən 1-ci sinfə gəlmişik və ilk dəfə hərfləri məktəbdə öyrənmişik. Bilmirən bu imtahanları nə məqsədlə keçirirlər”
“Təhsil nazirinin əmri olmasına baxmayaraq, 1-ci sinifə qəbul imtahanları yalnız Bakı və Sumqayıtda həyata keçirilir”. Bu sözləri təhsil üzrə mütəxəsis Nabatəli Qulamoğlu deyir.
Ekspert bildirir ki, müxtəlif rayon və bölgələrdə şagirdlərin 1-ci sinfə qəbulu mexanizmi yoxdur:
“Biz də imtahan vermədən 1-ci sinfə gəlmişik və ilk dəfə hərfləri məktəbdə öyrənmişik. Bilmirən bu imtahanları nə məqsədlə keçirirlər. Ola bilsin ki, bu imtahanlar paytaxtda sıxlığın qarşısını almaq məqsədilə keçirilir.
Artıq zaman dəyişib, hər dövrün öz meyarları var. Əvvəlki şagirdlər indikilər qədər biliyə malik deyil. “İmtahan” sözünü həddindən çox inqilabi şəkildə tərənnüm edirlər. Amma bu imtahanlarda şagirdin nitq qabiliyyəti yoxlanılır. Əgər şagird danışa, cümlə qura, dinləyə bilmirsə, deməli, onun məktəbə gəlməsi pedaqoji baxımdan düzgün deyil. Ona görə ki, şagirdlərin bir qismi aktivdir, digərləri isə orta və aşağı səviyyədədir.
Məncə, bilik səviyyələri, nitq qabiliyyətləri nisbətən oxşar olan şagirdlər eyni sinfidə oxusunlar. Bu zaman müəllimin də işi asanlaşar. Çünki müəllim hər şagirdlə fərdi şəkildə maraqlanmaq imkanına malik deyil. Düzdür, valideynlərin 1-ci sinfə qəbul imtahanı ilə bağlı müxətlif mövqeyi var. Onları da başa düşmək lazımdır. Ola bilsin, valideynlər sui-istifadə hallarına görə imtahan keçirilməsinə narazılıq edirlər. Bunun üçün də sui-istifadə hallarını aradan qaldırmaq lazımdır.
Qeyd edək ki, yeni qaydalara əsasən 1-ci sinfə qəbul olunmaq üçün şagirdlər imtahandan keçirilir. Lakin valideynlərin əksəriyyəti imtahan suallarının qəliz olmasından gileylənirlər. Onların fikrincə, bu imtahanların keçirilməsinə ehtiyac yoxdur.
Yeganə Bayramova