makiyaj

10 ən yaxşı makiyaj hiyləsi

Baxış sayı: 1. 718

Hər zaman gözəl görünmək, makiyajı ilə diqqət çəkmək xanımlar üçün indinin özündə də önəmli məsələ olaraq qalır. Bu səbəbdən  makiyaj vasitələrindən tutmuş qulluq kremlərinə qədər 10 kiçik makiyaj hiyləsini sizinlə paylaşırıq.

– Kipriklərini uzatmaq üçün saç qurudan fendən istifadə edə bilərsiniz. Kiprik şəkilləndiricini 15-20 saniyəyə qədər saç qurudan fen ilə istiləndirin. Daha sonra isə həmin kiprik şəkilləndirici əşyanızla kipriklərinizi şəkilləndirin və tuş çəkin.

– Alt kipriklərə adətən tuş çəkmək çətindir. Buna görə də gözünüzün alt hissəsinə plastik bir qaşıq yerləşdirərək tuşu alt kirpiklərinizə çəkə bilərsiniz.

– Makiyajınızı soyuq kremlərlə təmizləyin və beləliklə makiyaj təmizləmə vasitələrinə çox pul xərcləmək məcburiyyətində qalmazsınız.

– Nəhayət ki, makiyaj fırçalarını təmizləmək haqqında düşünürsünüzsə, sizə kiçik bir ipucumuz var. Sabun və zeytun yağı ilə fırçalarınızı təmizləyin. Bir boşqaba bir az sabun əlavə edin, üzərinə də zeytun yağını tökün və daha sonra fırçanı boşqabın içində hərəkət etdirin. Fırçanı boşqabdakı qarışığı köpükləndirdikdən sonra onu suyun altında yaxalayın və quruması üçün kağız dəsmalın üzərinə qoyun.

– Bitdiyini düşündüyünüz krem və ya tonal kreminizi atmayın. Çünki belə qabların içindəki vasitədən bir neçə dəfə də istifadə etməyiniz mümkündür. Deməli, bitdiyini düşündüyünüz krem qablarını qayçı vasitəsi ilə səliqə ilə kəsin və içindəki vasitəni tam istifadə edin.

– İsti su ilə tuşunun ömrünü uzadın. Çatlamayan və ya əriməyən bir stəkanın içərisinə qaynar su əlavə edin və tuşunuzu içinə qoyun. Bir neçə dəqiqə saxladıqdan sonra tuşunuzu stəkandan çıxardın. Beləcə tuşundakı quruma halının qarşısını almış olacaqsınız.

– Parçalanmış pudranı tualet spirti ilə bərpa edə bilərsiniz. Qırılmış pudranın içinə tualet spirti əlavə edin. Bir bıçaq vasitəsilə qarışdırın. Tam qarışdıqdan sonra qarışımı ənlik qabına tam yayın və üzərini də düzləşdirin. Daha sonra da qurumağa qoyun.

– Makiyaj edərkən saçlarınıza makiyaj vasitəsi dağılmasın deyə saçlarınızı bir vasitə ilə yığırsınız. Bu zaman saçlarınızda izlər qalır. Bunun qarşısını almaq üçün saçlarınızı bandana ilə örtə və incə bir saç yığma vasitəsi ilə bərkidə bilərsiniz.

– Saç fırçalarını ayda bir dəfə təmizləsəniz faydalı olar. Bunun üçün təmiz və istifadə etmədiyiniz diş fırçasına şampun tökərək saç fırçasının aralarını yaxşıca təmizləyib, yuya bilərsiniz.

– Tonal kreminin gün boyu üzünüzdə qalmasını istəyirsinizsə, pudradan istifadə edə bilərsiniz.

– İlk olaraq tonal kremi gözlərinizin altına çəkin, bir fırça ilə yay və üzərinə toz pudra tətbiq edin. 5-10 dəqiqə pudranın dərinə yayılması üçün gözləyin və daha çox pudranı fırçanın köməyi ilə üzünüzə çəkin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir