Sizin üçün topladığımız bu filmlərin içində siz yay fəslinə aid hər cür macəra tapa bilərsiz- romantik, komediya, səyahət, yay sevgiləri, sevgi romanları, yay əyləncələri və s. Əgər qış gecələri üçün melodramlar, qorxu filmləri seçiriksə yayda isə tam əksinə gərək yüngül, rahat komediya və sevgi filmləri olsun. Yay filmləri üçün ən yaxşı sujet əlbəttə ki, kurortlarda, səyahətlərdə baş verən sevgi macəraları, maraqli, gülməli hadisələr, səyahətdə baş verən ekstrimal hallar ola bilər.
Bəs bu yay hansı filmləri seçməliyik? Bu haqqda sizin üçün çimərlik, sevgi, komediya, öpüş, rəngarəng gecələr, əyləncələr haqqında ən yaxşı 10 film seçdik.
Roman Holiday 1953
Film gənc şəhzadə Anna ilə jurnalist Joe Bradleyin təsirli sevgi hekayəsindən bəhs edir. “Roman Holiday” filmi aktrisa Audrey Hepburna dünya şöhrəti və Oskar mükafatı gətirir. Eyni zamanda film tamaşaçılara Romanı bir daha sevdirdi. Əbədi şəhərdə ehtiraslı sevgidən gözəl nə ola bilər? Bu iki gənc sevgili heçnə düşünmədən Romanı, Kolizeyi, bütün tarixi məkanları gəzib əylənmək istəyir.
The blue lagoon
Film romantik axşam yeməyindən sonra əsl baxılmalı fimdir. Filmin çəkilişləri Fiji adalarında, Sakit okeanda, Yamayka və Karib dənizində həyata keçib. Filmin qəhrəmanları Adam və Yevadır. Film təbiətin qoynunda böyüyən insanların instinktlərindən bəhs edir. Filmin baş qəhrəmanlarının 14 və 18 yaşları var. Filmdə çılpaq səhnələr olduğu üçün bu səhnələrdə dublyorlardan istifadə olunub.
Point breack
Patrick Swayze baş rolunu ifa etdiyi bu film Kaliforniya sörfinq dəstəsinə həsr olunmuşdur və bu dəstə haqqında maraqlı hekayədən bəhs edir. Bu gənclər film boyu milyoner olmaq haqqında düşünür. Filmdə çəkilmək üçün aktyor şəxsən sörfinq dərsləri alır və dublyordan istifadə etmir. Eləcə də, FBİ”da agentlikdərsləri alır ki, filmdə yaratdığı obrazını daha yaxşı canlandırsın.
Before sunrise
Sevgi ilə istənilən vəziyətdə qarşılaşmaq olar. Əgər ki bu sevgi gözlənilməz vaxtda gəlirsə daha ehtiraslı olur. Bunun sübütü olaraq “Before sunrise” filimini misal çəkmək olar. Filmin baş rollarını Ethan Hawke və Julie Delpy canlandırır. Bu filmi bu yay sevmək arzusunda olan hərkəsə baxmağa tövsiyə edirik. FilmGənc amerikan Cessin Fransiz Selinlə eşq macərasından bəhs edir.
The Beach
Film sevgi hekayəsindən əlavə adada baş verən həyəcanlı hadisələrdən bəhs edir. Hekayələr gənc amerikali Riçardın yad bir taylandlıdan naməlum xeritəni tapması ilə başlayır. Baş rolu Leonardo Di Kaprio canlandırıb. O öz arzularının ardinca irəliləyir. Amma bu seyahət heç də onun gözlədiyi kimi olmur. Onu bu adada heç də cənnət gözləmir… Bu filmi izlədikdən sonra siz filmin çəkildiyi mekan – Taylanda Pi-Pi adasina yollanıb burada tətil planınızı gerçəkləşdirə bilərsiz.
Eurotrip
Scott Thomas yerli məktəbin məzunudur və ona alman dilini öyrənmək üçün kömək lazımdır. Bunun üçün o internetdə Almaniyada yaşayan Maykla tanış olur və onunla yazışmağa başlayır. Həm də o, tamamilə əmindir ki, Mayk oğlandır və buna görə o onunla özünün qızlarla yaranan problem və təcrübələri ilə bölüşür. Yalnız sonda o biləcək ki, Mayk (əslində Mikki) – çox gözəl sarışın bir qızdır və Scottun ondan çox xoşu gəlir. İndi o Mikki ilə görüşmək üçün hər şeyə qadirdir – hətta bütün Avropanı gəzib onu tapmağa….
Love Wrecked
18 yaşda sevgi üçün dağları da yerindən oynatmaq olar. Bu həyatın qanunudur. Və eləcə də sarışın Cenni də belə düşünür. O, rok ulduz olan Ceysona aşiqdir. Və onunla adada gözlənilməz tətil edir. Filmin baş rolunu Amanda Bayns canlandırır. Filmi izlədikdən sonra siz də hansisa bir adaya və ya xarici ölkəyə səyahət edib orada öz kumirinizlə görüşmək haqqında düşünəcəksiniz.
Vicky Cristina Barcelona
Bu film elə bir şəhər haqqında çəkilib ki, o İspan şəhərinə ilk baxışdan vurulmamaq mümkün deyil. Bəli bu Barselonadır. Film bu şəhərdə baş verən məhəbbət üçbucağından bəhs edir. Gənc Viki və Kristina rəssam Antona vurulurlar. Hadiseler də bundan sonra başlayır. Barselonanın İspaniyanın eləcə də Penalopa Kruzu Scarlett Yohansonu sevenləri bu filmi izləməyi məsləhət görürük.
Bridesmaids
Nə etmək olar ki, əgər sənin nə sevgi, nə seks, nə həyatda bəxtin gətirmirsə, bəlkə evənmək? Bu film beləcə bəxti gətirməyən qizların bir araya toplanıb içərək, əylənərək bir birilərinə dəsrtək olmalarından bir – birilərinə yaxşı rəfiqə olmalarından maraqlı əyləncəli gecə keçirmələrindən bəhs edir. BU filmi izləyərkən özünüzə popkorn götürməyi və mütləq rəfiqənizlə izləməyi unutmayın.
50 first dates
50 First Dates — 2004-cü ildə çəkilmiş romantik komediya janrında ABŞ filmidir. Baş rollarda Adam Sandler və Drü Berrimorun yer aldığı filmin rejissoru Piter Siqaldır. Barrymore ilə Sandler öncəki işi “Evlilik öpüşü” filmindən sonra ikinci dəfə bu filmdə bir araya gəli. Demək olar ki bu film Adam Sendlerin ən yaxşı filmidir. Filmin sujet xətti çox maraqlıdır – bir dəfə Henri sarışım Lyusi ilə tanış olur. Hər ikisi bir – birinin xoşuna gəlir. Amma məsələ burasındadır ki, Lyusi avtomobil qəzasında yaddaşını itirib və hər gün baş verən hadisələri yadinda saxlamağa çətinlik çəkir. Bəlkə də bu maraqlı hadisəyə görə o Henrinin diqqətini daha çox çəkir.