100

100 il yaşamağın SİRRİ

Baxış sayı: 680

100 illik yubileyini qeyd edən avstraliyalı Cin Dayet uzunömürlülük sirrini açıqlayıb.

100 yaşlı qadın uşaqlıqdan aktiv həyat tərzi keçirməyə alışdığını söyləyib. Velosiped sürməyi, kriket və qolf oynamağı sevib. Ev işlərinə və yemək bişirməyə də həvəsli olub. Cin Dayet düzgün qidalanmanı və fiziki fəaliyyəti uzunömürlülüyün sirri hesab edir. Daha çox təzə meyvə-tərəvəz və daha az şirniyyat yeməyə üstünlük verir. Onun fikrincə, spirtli içkinin istifadəsi də minimuma endirilməlidir. Bundan əlavə, təqaüdçü əmindir ki, hətta ahıl yaşda da bədənin və zehnin elastikliyini qorumaq lazımdır.

Avstraliyada uzun illər toy və şənliklərin təşkilatçısı kimi çalışan Dayet həm də xeyriyyə işləri ilə məşğul olub. 70 yaşından dünya səyahətinə çıxmağa qərar verib və yubiley şərəfinə o, altı ayını ABŞ, Böyük Britaniya və Yeni Zelandiyada keçirib. C.Dayet 80 yaşında Sidney Limanı Körpüsünə qalxıb və hava şarında uçub.

Dayet hesab edir ki, insan ömrü həm də mənəvi keyfiyyətlərdən asılıdır. Onun fikrincə, yardımlaşma və həyat eşqi ömrü uzadan keyfiyyətlərdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir