“Al Arabiya” saytının xəbərinə görə, aşağıdakı fotolarda görünən 14 yaşlı oğlanla 10 yaşlı kiçik qız ailə həyatı qurublar.
Bu cütlüyün avqustun 14-də evləndirildiyi bildirilir. Evlilik rəsmilərin icazəsindən sonra baş tutub. Uşaqların ailələri ilə çəkdirdiyi fotolar da yayılıb.
İslam ölkələrində qızlar atalarının icazəsi ilə 13 yaşında, oğlanlar isə 15 yaşında evlənə bilərlər.
Bir az şübhəli görünsə də, İranın “Tabnak” xəbər saytının verdiyi məlumata görə, 2010-cu ildə 10-14 yaş arasında 42 min uşaq evləndirilib.