Şirniyyat hazırlamaq üçün saatlarınızı mətbəxdə keçirmək lazım deyil. Ağır iş günündən sonra ürəyindən dadlı, lakin tez hazırlanan şirniyyat keçənlər, diqqətiniz bizdə olsun.
Beləliklə, cəmi 15 dəqiqədə hazırlaya biləcəyiniz asan, lakin çox dadlı şirniyyat reseptini təqdim edirik:
Çörəkdən şirniyyat olarmı? Olar, olar, həm də çox ləzzətli bir şirniyyat!
Hazırlayacağımız şirniyyata lazım olan ərzaqlar:
4 dilim çörək
1 xörək qaşığı kərə yağı
80 qram şokolad
1 ədəd banan
Bəzək üçün:
1 xörək qaşığı şəkər kirşanı
Hazırlanma qaydası:
Çörək dilimlərinin bir tərəfinə kərə yağı çəkin. Kərə yağının daha yaxşı əriməsi üçün çörəkləri öncədən isidin. Yağlanmış çörək dilimlərini qaynar tavada, orta istilikdə üzəri qızılı rəng alana qədər qızardın. Bananı qalın dilimlər şəklində kəsin. Kərə yağında qızardılmış dilimləri bir boşqaba qoyun və üzərinə öncə şokolad parçalarını, sonra banan dilimlərini yerləşdirin. Digər çörək dilimi ilə üzərini örtün. Şokolad parçalarını əridib tökün. Qaba servis edərkən üzərinə şəkər kirşanı əlavə edin.
Nuş olsun!