UNICEF-in apardığı araşdırmalara görə, təkcə bu il 18 yaşdan kiçik olan 15 milyon qız zorla evləndiriləcək. Bu səbəbdən, Birləşmiş Millətlər Təşkilatının iki qurumu- Beynəlxalq Uşaq Hüquqları Təşkilatı (UNİCEF) və Əhali Fondu (UNFPA) qüvvələrini birləşdirərək “Uşaq evliliklərini sonlandırma prosesini sürətləndirmə” adı altında yeni layihəyə start veriblər.
Bu layihə sayəsində 12 ölkədə yaşayan 6 milyon qız uşağının həyatı dəyişəcək. Layihə çərçivəsində UNİCEF-in hazırlayıb yayımladığı “A Storybook Wedding” (“Evlilik kitabı”) adlı video indidən gözlənilən reaksiyanı ala bilib.