USAQ

18 yaşa qədər ana olanların STATİSTİKASI: “Razılığın olub-olmaması …” – VƏKİL DANIŞIR

Baxış sayı: 887

Azərbaycanda ötən il (2018-ci ildə) 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2 129 uşaq doğulub.

Qeyd edək ki, sözügedən rəqəm 2017-ci ildə 2 421, 2016-cı ildə 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296, 2013-cü ildə 2 855, 2012-ci ildə 3 236, 2011-ci ildə 4 392, 2010-cu ildə isə 4 103 olub.

Həmçinin 1990-ci ildən etibarən ən böyük rəqəm 2011-ci ildə (4 392), ən kiçik rəqəm isə 1990-cı (151) ildə qeydə alınıb.

 

Mövzu ilə əlaqədar sualları cavablandıran vəkil Leyla Bədəlova bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin bu tip cinayətlərə görə məsuliyyət zərərçəkmiş şəxslə bu əməli törətmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.

Qanunla hər hansı razılığın olub-olmaması heç bir önəm daşımır. İstənilən halda 16 yaşınadək şəxslə cinsi əlaqədə olma cinayət məsuliyyəti yaradır”.

L.Bədəlova əlavə edir ki, Cinayət Məcəlləsində ana olmağın yaşı ilə bağlı olaraq hər hansı bir məsələ nəzərdə tutulmayıb.

 

Qeyd edək ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir