Texnologiyanın inkişafıyla əlaqəli günü-gündən insan həyatını asanlaşdıran alətlər icad edilir.
“Gencaile.az”-ın indi təqdim edəcəyi alətlər 20-ci yüzillikdə icad edilib. Bu icadların bəziləri məntiqli olsa da, bəziləri gülünc olmaqdan başqa bir şey deyil.
Motorlu sörfinq taxtası və tikiş maşını da olan ailə velosipedi, axşam yuxusuz qalanlar üçün buz maskası (1947), uşaqlara yeriməyi öyrədən alət ( 1939), yataraq kitab oxumaq üçün eynək, duş başlığı, güllə atdığınız anı lentə alan tapança, velosiped təkərlərindən hazırlanmış bədən jileti (1925), piyadalar üçün təhlükəsizlik toru, yataqda çalına bilən pianino (1935), atlar üçün qaz maskası, iki nəfərlik körpə asılqanı, qaz qoruyucu körpə maşını (1938), bir təkərli motosiklet, pəncərədən asılan körpə qəfəsi, başa bağlanan fen, amfibik velosiped, iki nəfərlik tənbəki, eyni anda 2 siqaret çəkmənizi təmin edən ağızlıq (1932), radiolu papaq (1931), eyni anda həm saç darayan, həm də parıldadan fırça, yağışda siqaret çəkmək üçün alət, təkər qoruyucu, telefona cavab verən robot, taxta bikini, tv gözlük, it tutan, miyoldayaraq siçan qovan alət, üzünüzü yağışdan qoruyan maska, işıqlı maşın təkərləri və s. bu qəribə icadlar siyahısına daxildir.