Amerikalı fotoqraf Con Stenmeyerin “Siqnal” fotosu ilin ən yaxşı şəkli elan edilib. Foto Cibuti yaxınlığında çimərlikdə çəkilib. Burada afrikalı qaçqınlar telefonlarını başları üzərinə qaldıraraq Somalidəki doğmalarına zəng etməyə çalışır. Cibuti Avropa və Yaxın Şərqə can atmağa çalışan Somali, Efiopiya və Eritreyadan olan miqrantların ilkin dayanacaq məntəqəsi hesab olunur.
“World Press Photo” 1955-ci ildən fotojurnalistlər arasında keçirilən ən nüfuzlu beynəlxalq müsabiqə hesab olunur. Müsabiqənin qərargahı Amsterdamda (Hollandiya) yerləşir.