“Luxury Launches” qəzeti 2016-cı ilin ən çox gözlənilən 10 lüks sinif avtomobilinin reytinqini dərc edib.
Bu “təkər üzərindəki dəbdəbə”lər arasında həm sedanlar, futuristik idman avtomobilləri, həm də güclü yolsuzluq avtomobilləri var.
“Lexus SC” – Başlanğıc qiymət: 100 min dollar
2017-ci ildə “Lexus” iki variantda güclü kupe buraxacaq: 5.0 litrlik 500 at güclü V8 mühərriki və 5.0 litrlik 600 at gücünə malik tvin-turbo sistemli V8 mühərriki .
“Jeep Grand Cherokee Trackhawk” – Başlanğıc qiymət: 70 min dollar
Ekspertlərin qiymətləndirmələrinə əsasən, yeni “Jeep” digər krossoverlər üçün yeni standartlar təyin edəcək. Onun kapotu altında məşhur 6.2 litrlik “Hemi V8” mühərriki yer alacaq ki, bu da “Grand Cherokee”nin gücünü 707 at gücünə qədər artırmağa imkan verib. Krossover 100 km/saat sürətə cəmi 3.5 saniyəyə çatır.
“Mercedes-Benz C-Class Coupe” – Başlanğıc qiymət: 45 min dollar
“Mercedes-Benz C-Class” 2015-ci ildə 2.0 litr həcmli dördsilindrli mühərriklə təchiz ediləcək. Bunun sayəsində avtomobilin gücü 240 at gücünə çatacaq. Avtomobil, bundan başqa, yeddipilləli avtomatik ötürücü qutusuna malik olacaq.
“Alfa Romeo Giorgio Sedan” – Başlanğıc qiymət: 75 min dollar
Yenilik məşhur “Alfa Romeo Giulia”nın bazasında hazırlanıb. İdman sedanı mükəmməlləşdirilmiş təkər asması və yeni 503 at güclü V6 mühərriki ilə təchiz olunub.
“Lincoln Continental” – Başlanğıc qiymət: 60 min dollar
Yenilənmiş “Continental” sələfindən daha zərif görünür. Kapot altında 3.0 litrlik mühərrik yer alır, 10 pilləli avtomatik ötürücü qutusu ilə təchiz olunub.
“Mercedes-Maybach Pullman” – Başlanğıc qiymət: 500 min dollar
Yeni “Mercedes” limuzini lüks avtomobillər üçün meyarları yüksəldir. “Maybach Pullman” genişləndirilmiş təkər bazası və modernləşdirilmiş ağ dəridən oturacaqlı dəbdəbəli salona malikdir.
“Jaguar F-Pace” – Başlanğıc qiymət: 40 min dollar
“Jaguar”ın debüt krossoverinin onun digər modelləri kimi dəbdəbəli olacağı görünür. Avtomobilin “ürəyi” dördsilindrli mühərrik və avtomatik ötürücü qutusudur.
“BMW 5-Series/M5” – Başlanğıc qiymət: 60 min dollar
Beşinci seriya BMW mükəmməlləşdirilmiş alət paneli və lüks interyerlə təchiz edilib. Yenilik dördsilindrli 20 litrlik mühərrik və ya üçsilindrli dizel mühərriki ilə əlçatandır.
“Maserati Alfieri” – Başlanğıc qiymət: 75 min dollar
“Maserati”nin növbəti kupesi “E-boost” sistemli mühərriklə öyünür. Bunun sayəsində avtomobil daha güclü olacaq.
“Audi TT Sportback” – Başlanğıc qiymət: 45 min dollar
“Audi” şirkəti rəqiblərindən geri qalmamaq və TT modelini mükəmməlləşdirmək qərarını qəbul edib və onu “Sportback” adlandırıb. Avtomobil dördsilindrli 2.0 litr həcmli mühərriklə təchiz olunub, bunun sayəsində onun gücü 400 at gücü təşkil edib.