Geridə qoyduğumuz 2016-cı ildə bir çox məşhurlar nişanlandı, toy etdi, bir çoxu isə qurduğu ailəni dağıtdı.
Ötən il ailə quran və ayrılan məşhurların siyahısını təqdim edirik:
Ayrılanlar:
Lətifə Soyuöz – Müğənni 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Cütlüyün bu evlilikdən bir oğlan övladı var.
Fuad Əlişov – Rejissor aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşandı. Onların üç övladı var.
Cavid Hüseyn – İki övladı olan müğənni, bəstəkar xanımı Sevinc Ağasıyevadan ayrıldı.
Sevda Ələkbərzadə – Əməkdar artist həyat yoldaşı Kamiyardan ayrıldı.
Dilarə Kazımova – Tanınmış müğənni də ötən il ailə həyatına son qoyanlar sırasındadır. O, türkiyəli əri Mert Aslanla ayrıldı.
Ailə quranlar:
Elçin Cəfərov – Gənc müğənni keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurdu.
Azər İsmayılov – Aparıcı ikinci dəfə ailə qurdu.O, Nəcibə adlı xanımla nikaha daxil oldu.
Aytac Vidadiqızı – Gənc müğənni Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurdu.
Fərid Məmmədov – Ötən il ailə quranlar arasında “Eurovision” təmsilçilərimiz də var.
Nicat Əli – Musiqili Teatrın aktyoru da 2016-cı ildə subaylığa əlvida dedi.
Ruslan Abışov – Tanınmış futbolçu da ötən il ailə quranlar sırasındadır.
Rafael Ağayev – Beşqat dünya çempionumuz ötən ilin iyun ayında özünə toy etdi.
Nişanlananlar:
İlkin Həsəni – Sevilən aparıcı ATV-də çalışan Aysel adlı xanımla nişanlandı.
Natavan Həbibi – Müğənni bu yaxınlarda nişanlandığını açıqladı.
Günel Zeynalova (Azəri qızı) – O, Cem Ozan Torunlar adlı şəxslə nişanlandı.