Metal hidrogen

2017-ci ildə ən çox nəzərə çarpan 10 elmi hadisə

Baxış sayı: 1. 528

2017-ci il elmi baxımdan bəşəriyyətə ümid verməyə davam edən il oldu. Ötən il kimya, fizika, astronomiya, antropologiya və süni intellekt kimi sahələrdə önə çıxan 10 elmi hadisəni təqdim edirik:

 

1.Yer böyüklüyündə 7 planet kəşf edildi

Fevral ayında Yerdən 40 işıq ili uzaqlığındakı kiçik ulduzun ətrafında Yer böyüklüyündə 7 ədəd planet kəşf edilib. Bu planetlərdən üçünün yaşayış üçün əlverişli olduğu açıqlanıb. Yəni bu üç planetin səthində su olma ehtimalı var. Bu planetlərin kəşfi kainatda Yerdən kənarda canlı məxluqların tapılması üçün önəmli əsas formalaşdırıb.

 

2.Qravitasiya dalğaları: Eynşteynin 100 il əvvəl dediyi indi təsdiq edildi

Kaliforniya Texnologiya İnstitutu, Massaçusets Texnologiya Universiteti və Lazer İnterferometr Qravitasiya Dalğaları Rəsədxanası fizikaçı Albert Eynşteynin nəzəriyyəsinin təsdiq olduğunu açıqladılar. Elm adamları müəyyən ediblər ki, Yerdən 1,3 milyard işıq ili uzaqlığındakı iki qara dəliyin bir-birinin ətrafında dolanaraq toqquşması nəticəsində qravitasiya dalğaları meydana gəlir. İlk dəfə bu, 2015-cü il iyulun 14-də kəşf edilsə də, son tamamlayıcı çalışmalardan sonra ötən il bütün dünyaya elan edilib. 1916-cı ildə nisbilik nəzəriyyəsi ilə A. Eynşteyn fəza və zamanın bir prosesdə birləşdiyini müdafiə edərək buna fəza-zaman adını vermişdi. Nəzəriyyəyə əsasən, kainatdakı maddələr ölçülərindən asılı olmayaraq hərəkət edərkən fəza-zamanı dəyişdirir və qravitasiya dalğaları yaranır.

 

3. “Kassi”nin vidası

NASA-nın Saturnu öyrənən kosmik aparatı “Kassini” planetin atmosferinə sonuncu dəfə daxil olaraq 13 illik vəzifəsini tamamlayıb. “Kassini” Saturn planeti haqqında demək olar bildiyimiz hər şeyin səbəbkarıdır, o, Günəş sistemində həyatın ola biləcəyinə dair düşüncələrimizi dəyişdirib. Kosmik aparat kainatda 20 il, Saturn ətrafında isə 13 il qaldıqdan sonra planetin atmosferinə düşərək vəzifəsini tamamlayıb. 3,9 milyard dollara başa gəln və dünyanın 27 ölkəsindən olan tədqiqatçıların üzərində işlədiyi “Kassini” Yerdən gözlə görülə bilən ən uzaq planet olan Saturnun atmosferinə saatda 120,700 kilometr sürətlə düşüb. Kassini Saturnun ətrafında daha 6 ədəd peyk olduğunu üzə çıxarıb.

 

4. Böyük Amerika tam Günəş tutulması

Milyonlarla amerikalı avqustun 21-də ABŞ-da gözlə görülə bilən Günəşin ilk tam tutulmasının həyəcanını yaşadı. ABŞ-da həmin vaxt hava aydın olduğu üçün Günəş tutulması təxminən 1,5 saat izlənildi. Ölkədə tam Günəş tutulması sonuncu dəfə 1918-ci ildə meydana gəlib.

 

5. Ürək xəstəliyində genetik təmirin aparılması

2017-ci il genetika elmi baxımdan da səmərəli il oldu. Belə ki, ABŞ və Cənubi Koreyadan olan elm adamları “’CRISPR/Cas9 Gen Tənzimləmə Metodu”ndan istifadə edərək yaşaya bilən insan embrionu üzərində gen tənzimlənməsini uğurla həyata keçirib. Elm adamları bu metdou “hipertrofik kardiomiopatiya” adlı ürək rahatsızlığına səbəb olan genetik mutasiyanı düzəltmək üçün istifadə edib və ölümcül ürək xətsəliyinə səbəb olan, genetik olaraq ailə üzvləri arasında xarab geni embriondan ayırmağı bacardı. Genetik təmir mayalanma prosesində həyata keçirilib. “Hipertrofik kardiomiopatiya” daşıyıcı kişidən alınan sperma sağlam yumurtalara yeridilib və xarab gen “Crispr” texnologiyası ilə düzəldilib.

 

6. “Homo Sapiens”ə aid ən qədim skeletlər tapıldı

“Nature” nəşrində yayımlanan araşdırmaya əsasən, insan və ya elmi adı ilə “Homo Spiens” düşündüyümüzdən daha da yaşlıdır. Mərakeşdə tapılan üz, çənə, diş, ayaq və qol sümükləri skeletlərini tədqiq edən araşdırmaçılar bunların 315 000 yaşında olduğu qənaətinə gəliblər. Daha əvvəl isə “Homo Sapiens”in 200 000 il əvvəl Şərqi Afrikadan bütün dünyaya yayıldığı düşünülürdü.

 

7. Metal hidrogen

2017-ci ildə dünyada ilk dəfə Harvard Universitetinin elm adamları maye hidrogenə dəniz səviyyəsindəki təzyiqin 5 milyon qatını tətbiq edərək laboratoriya şəraitində metal hidrogen yaratmağa nail oldular. Bununla da hidrogen dünyada ilk dəfə metal formada ortaya çıxdı. Mütəxəssislərin fikrincə, metal hidrogen kosmos səyahətində inqilaba səbəb ola bilər. Belə ki, o, yanacaq olaraq istifadə edilərsə, hazırdakı yanacaqlardan 3 dəfə daha güclü olacaq.

 

8. Krio-elektron mikroskopu ilə molekulyar dünyaya daha yaxında baxış

Oktyabr ayında Nobel Kimya Mükafatı krio-elektron mikroskopi üzərində çalışan Yoakim Franka, Jak Duboşeyə və Riçard Handersona verilib. Bu texnika sayəsində bioloji molekullar hərəkət halında dondurulur və strukturları elektron şüaları ilə öyrənilir. Molekullara dəyən elektronlar dağılır və daha sonra molekulun strukturunu təhlil etmək üçün bu elektronlar detektor vastəsilə tutulur.

 

9. Kvant kompüterinə doğru geri sayım

Dünya mövcud kompüterlərdən milyonlarla dəfə güclü kvant kompüteriləri inqilabına doğru irəliləyir. Bu cür kompüterlərdə elektron siqnallar kvant mexaniki özəlliyinə malik elektronlar hesablamalarda istifadə olunur. Nəzəri olaraq illərdir barəsində danışılsa da, Sassek Universitetindən olan araşdırmaçıların çalışması sayəsində yaxında ilk dəfə bu cür işləyən kompüterin versiyasını görə bilərik.

 

10. Yeni qitə tapıldımı?

2017-ci ildə bir qrup araşdırmaçı Zelandiyanın qitə olaraq tanınmasını istəyib. Qitənin böyük qismi okeanın altındadır, ancaq bəzi qisimləri – Yeni Zelandiya və Yeni Kaledonya isƏ dəniz səviyyəsinin üzərindədir. 11 araşdırmaçı tərəfindən həyata keçirilən bu tədqiqatda Sakit okeanın cənub-qərbindəki adaların bir-birinə bağlı olduğu, 4,9 milyon kvadratkilometrlik sahənin hissələrini təşkil etdiyi və bu hissənin Avstraliyadan ayrı olduğu irəli sürülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir