Avtomobil mütəxəssisləri 2017-ci ilin ən qənaətcil maşınlarının siyahısını tutub.
Münasib “dəmir at”ların siyahısına “Mazda CX-3” başçılıq edir. Bu maşın 100 km-ə 7,45 litr yanacaq yandırır. İkinci və üçüncü yerləri “Honda” markaları tutur – “Honda HR-V” və “Honda CR-V”. Bu maşınların hər ikisi 100 km-də 8,4 litr yanacaq “içir”.
Dördüncü yerdə Yaponiyanın “Nissan Juke” maşını (8,5 litr), beşincidə isə ABŞ-ın kompakt “Buick Encore” modeli qərarlaşıb (8,7 litr).
İkinci beşlikdə isə yanacağı eyni miqdarda yandıran (9,04 litr) bu maşınlar tutur: “Subaru Forester”, “Hyundai Tucson Eco”, “Subary Crosstrack”, “Nissan Rogue” və “Jaguar F-Pace”.