2016-cı ildən sonra 2017-ci il də kişilər üçün saqqalın ili oldu. Bəs 2018-ci ildə necə olacaq? Saqqal və bığ saxlayarkən diqqət edilməli olan ən önəmli faktorlar üz, dodaq və çənənizin formasıdır.
Bütün bunları nəzərə alaraq 2018-ci ildə sizə örnək ola biləcək bir neçə saqqal və bığ modelini təqdim edirik:
Hyu Cekmen tərzi: Yumru və kvadrat formalı simalar üçün uyğundur.
Dreyk tərzi: Hər üz forması üçün məsləhətlidir.
Aeron Teylor tərzi: Yumru və kvadrat üzlər üçün münasibdir.
Robert Dauney tərzi: Dar çənəli üzlər üçün uyğundur.
Halit Ergenç tərzi: Oval və kvadrat üz formaları üçün məsləhətlidir.
Conni Depp tərzi: Dar çənəli üzlər üçün münasibdir.
Skott Disik tərzi: Kvadrat və oval üzlər üçün uyğundur.
Ceyms Franko 70-ci illərin bığ forması: Nazik dodaqlı kişilər üçün məsləhətlidir.
Bred Pitt tərzi: Qalın dodaqlı kişilər üçün münasibdir.
Leonardo Dikaprio tərzi: Kvadrat və oval üz formaları üçün uyğundur.
Corc Kluni tərzi: Saqqal və bığla “əlləşmək” istəməyən hər üz, çənə və dodaq forması üçün məsləhətlidir.
Pərviz Hüseyn