ayaqqabi

2018-ci ilin idman ayaqqabı trendləri – FOTOLAR

Baxış sayı: 2. 190

İdman ayaqqabıları artıq həyatımızın hər anında bir şəkildə yer edib. İdman ayaqqabılarına olan sevgimiz və rahatlıqları səbəbi ilə uzun müddət də dəbdən düşməyəcəyi bəllidir. “Gencaile.az” “Ailem.az”-a istinadən sizi 2018-ci ilin idman ayaqqabı trendləri ilə tanış edir.

 

Platform

“Spice Girls” qızları ilə xatırladığımız platform idman ayaqqabıları böyük bir geri dönüş edir. 1990-cı illərdəki kobud versiyalarının yerinə 2018-in platformları daha şıq görünür. Platform idman ayaqqabısı geyinərkən tək diqqət etməyimiz lazım olan məqam təmiz olmasıdır.

Böyük bantlar

Xüsusilə yaz aylarında sıx görəcəyimiz bantlı idman ayaqqabıları söz mövzusu olduğunda həcm həqiqətən önəmlidir. Bantlar mümkün ola bildiyi qədər olmalıdır.

Rəngli

Rəngli deyərkən burada iki və ya üç rəngdən bəhs etmirik. Demək olar ki, hər rəngdən bir az tapa biləcəyiniz idman ayaqqabılarından söhbət gedir. Bu ayaqqabılara baxmaq belə, insanın kefini açır.

Klassiklər

İkonik stillər zamansız və yaxşı bir yatırım olduqlarını sübut edir. Klassik parça ayaqqabılardan düz, ağ idman ayaqqabılarına qədər bir çox ikonik ayaqqabı bu il də dəb sektorunda hökm sürməyə davam edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir