geyim

2020-ci ilin trend rəngi hansı olacaq? – FOTOLAR

Baxış sayı: 1. 321

Son illərdə çəhrayıdan sarıya və nanə yaşılına kimi bir çox rəng trend oldu. Ancaq bütün bu rənglər keçmişdə qaldı! Etibarı, nəcibliyi və sabitliyi əks etdirən klassik göy ilin rəngi seçilib.

“Gencaile.az” saytı xarici mətbuata istinadən xəbər verir ki, Yeni ilə 18 gün qalmış “Pantone” şirkəti 2020-ci ilin ən populyar rəngini elan edib.

Tez-tez kral ailəsinin üstünlük verdiyi klassik göy, nəciblik rəmzi hesab olunur. Bu qədər çılğınlıq və xaos arasında sakit bir rəng görmək hamımızı sevindirdi.

“Pantone”un yaydığı açıqlamaya görə, klassik göyü seçməsinin səbəbi, insanların həyatına sabitlik bəxş etmək istəyidir. Yeni ildə güvən və sabitlik anlayışlarını təmsil etmək istəyən “Pantone” klassik mavini seçərək cəmiyyətdə rahatlığı artırmaq istədiyini elan edib. Şirkətin meneceri Litris Aysmen isə bu rəngin psixoloji baxımdan ruhumuzda dinclik və sakitlik hissi oyandırdığını bildirib.

geyim 1

geyim 2

deb

geyim 5

 

 

 

geyim 3

geyim 4

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir