geyim

2022-ci ildə bunlar DƏBDƏ olmayacaq – FOTOLAR

Baxış sayı: 900

2020 və 2021-ci illərdə trend olan bir neçə geyim, aksessuar və tərzlər ilə 2022-ci ildə vidalaşacağıq.

Beləliklə, sizə növbəti ildə dəbdə olmayan bir sıra məhsulları təqdim edirik.

 

Saçların bir hissəsini rəngləmək 

Mavi, bənövşəyi, çəhrayı..Bir neçə ildir saçın bir hissəsinə müxtəlif rənglər atmaq dəbdə idi. 2022-ci ildə bu tendensiya yerini daha sakit və isti tonlara buraxır.

Uzun ətəklər

Yayın ən sevilən parçalarından olan uzun ətəklər gələn il köhnəlmiş məhsullar arasında olacaq. Bu ətəkləri az da olsa qışda çəkmələrlə görə bilərik.

Metal rəngli dırnaq boyaları 

Metal tonlarda makiyaj elementləri həyatımızdan çıxacaq. Onların arasında dırnaq boyaları da var. Xüsusilə parlaq effektli boyalar 2022-ci ildə istifadə etməyəcəyimiz məhsullar arasında olacaq.

Dar şalvar

Sağlamlığımız üçün də ziyan olan dar cinslər yeni ildə trend olmayan geyimlər sırasındadır.

Qara dırnaq boyası

Bu xəbər qara rəngi sevənləri üzəcək. 2021-ci ildə qara rənglər tünd qırmızı rənglərlə əvəz olundu. 2022-ci ildə isə bu tamamilə dəbdən düşəcək.


Yazılı köynəklər

2022-ci ildə qadın və kişi fərq etmədən yazılı köynəklərlə vidalaşırıq.

Qalın köynəklər 

“Plaid” naxışlı köynəklər uzun zamandır dəbdədir. Bu il isə bu köynəklər dəbdən düşəcək. Ancaq bu üslubdakı köynəkləri sevənlər pis olmasın. Dəb tarixi qısa müddətdə bu geyimlərin yenidən qayıdacağını göstərir.

Böyük aksessuarlar

Böyük boyunbağılar, üzüklər və sırğalar 2022-ci ildə istifadə olunmayacaq. Kiçik zərgərlik əşyaları növbəti ilin tendensiyalarına yenidən liderlik edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir