Dünya daim dəyişir və biz bu dəyişikliyə ayaq uydurmağa məcburuq. Bakıda havalar isti keçsə də, tezliklə bütün şəhərin qış geyiminə keçəcəyi uzaqda deyil. Payızın gəlişi ilə sarı xəzan və ədviyyat çalarları gündəmə gəlir. Digər mövsümlərdə qəhvəyi və şokolad çalarlarını sevməsək də, soyuq mövsümdə hamımız bu rənglərə üstünlük verməyə başlayırıq. Xüsusən də bu, özünü çanta seçimimizdə göstərir. Məsələn, qəhyəvi çanta bütün obraza payız əhval-ruhiyyəsi qata bilər.




