2023-cü ildə isti havalarda atlas və plastik materiallı ayaqqabılar dəbdə olacaq. Bu barədə “Marie Claire” saytı məlumat yayıb.
Məlumata görə, isti aylarda əsasən sandallar, torlu yay çəkmələri və Meri Ceyn üslublu ayaqqabılar dəbdə olacaq. Altlıqlı və qayışla bağlanan çəkmələrin də yayın vazkeçilməzləri arasında olacağı ehtimal edilir.
Bundan əlavə, bu il olduğu kimi platformalı və həcmi böyük ayaqqabılar gələn il də öz aktuallığını qoruyub saxlayacaq.
Balıqçı sandalları və diz üstü çəkmələr sadə, rahat geyimlərlə kombin edilərək trendləri zəbt edəcək.
Modelyerlər gələn ilin idman ayaqqabıları barəsində də danışıb. Onların sözlərinə görə, retro üslublu, trekkinq idman və futuristik dizaynlı ayaqqabılar dəbdə olacaq.