GEYIM

2024-cü ildə hansı rənglər trend olacaq? – FOTOLAR

Baxış sayı: 491

Xəbər verdiyimiz kimi, “Pantone” Rəng İnstitunun yaydığı məlumata görə, “Peach Fuzz” 2024-cü ilin rəngi seçilib.

Bu qış daha 5 rəngin trend olacağı proqnozlaşdırılır. Bəs onlar hansılardır? Gəlin birlikdə nəzərdən keçirək…

 

Bozumtul mavi

Qar kraliçasının obrazını ifadə edən bu rəng qış üçün uğurlu seçimdir. Soyuq çalarlar obrazı vurğulamağa kömək edəcəkdir. Xüsusilə “Fendi” ilə “Loewe” markaları şoularında bu rəngə daha çox yer vermişdi.

Tünd şokolad

Digər tərəfdən, niyə isti tonlarla isinməyə çalışmayaq? Qəhvəyi rəng bütün müxtəlifliyi ilə aktualdır, lakin tünd şokoladın dərin kölgəsi xüsusilə gözəl görünür. Qara rəngdən bezənlər üçün əla alternativ olacaq.

Kərə yağı

Sarının çox gözə dəyməyən bu rəngi ardıcıl olaraq iki mövsümdür ki, öz mövqeyini itirmir. Bu, başa düşüləndir: daha parlaq sarıdan fərqli olaraq, o, demək olar ki, bütün obrazlara uyğun gəlir və demək olar ki, hər kəsə yaraşır. Qışda ağ çalarlara əla alternativ olacaq.

Lavanda

Lavandanın soyuq tonu bu mövsüm zərif çəhrayı rəngi əvəz edəcək. Yayda “Barbie maniası” dünyanı o qədər bürüdü ki, çəhrayı öz mövqeyini uzun müddət saxlaya bilmədi. “Barbie” ehtirası səngidiyinə görə, çətin ki, kimsə ona qayıtsın.

Zoğalı

Parlaq qırmızı payızın trendi oldu, qışda isə bu rolu qırmızının daha tünd və dərin tonları yerinə yetirəcək. Qırmızı şərabın bütün çalarları həmişəkindən daha aktualdır. Növbəti mövsümdə də aktuallığını qoruyub saxladıqları üçün bu rəng geyimlər ilin ən sərfəli investisiyası olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir