Osmanlı Imperatorluğunun başına 1-ci Əbdülhəmid keçən zaman dünyaya gələn Zaro ağa düz 10 padşah görüb. 157 il yaşayan Zaro ağanın ölümü isə çox ilginc olub.
“Gencaile.az” “Musavat.com”-a istinadən dünyada ölümü və yaşadığı uzun ömür ilə əks-səda yaradan bu adamın həyatı haqqında maraqlı faktları təqdim edir.
Zaro ağa dünyaya göz açanda Osmanlı Imperatorluğunun taxtında 1-ci Əbdülhəmid idi. Gənclik illərində İstanbula köç edən zaman isə taxta oturan padşah 3-cü Səlim idi.
Zaro ağa Türkiyənin coğrafi bölgələrindən biri olan Şərqi Anadoluda yerləşən Bitlisdə dünyaya göz açıb. Bəzi tarixi mənbələrə görə, o, 1774, bəzilərinə görə isə 1777-ci ildə anadan olub. Zaro ağa 1934-cü il iyunun 24-də İstanbulda vəfat edib. Qərb dünyasının da diqqətini çəkən, tam 157 il ömür sürən Zaro ağa Türkiyənin cənub-şərqində bazarlarda işləyən hambalların lideri kimi də tanınırdı.
Bitlisin Merment kəndində yaşayan Zaro ağa 18-ci əsrin sonlarında İstanbula gələrək Selimiye Kışlası, Dolmabahçe Sarayı, Ortaköy ve Tophane məscidi kimi Türkiyənin tarixi abidələrinin inşasında işləyib. Pul qazanmaq üçün İstanbula gələn Zaro ağa elə əsgərliyini də İstanbulda başa vurub.
Rus müharibəsi dövründə doğulduğu kəndinə geri dönən Zaro Ağa, mənsub olduğu Şərif Mirzə tayfası ilə döyüşə qatılır. Bu döyüşdə o ayağından yaralanır.
Sərhədlərdə hamballıq edən Zaro ağa bu işdə öz mərahətini göstərərək hambalların kahyası olub. 20 il işlədikdən sonra hamballar təşkilatını da qurub. Tarixi mənbələrdə Zaro ağanın bu qədər uzunmüddətli yaşamasının sirri kimi onun ən çox bulqur və yoqurt yeməsi göstərilir. İstanbuldakı ömrünü Tophanedə keçirən ağanın axşam yeməyinin yoqurt, ayran və çörək olması da iddialar arasındadır.
150 yaşında olduğu zaman İstanbula gələn iki ameriaklı gənc Zaro ağanı Nyu-Yorka getməyə razı salır. Lakin gənclərin dünyanı gəzmək adı ilə apardıqları ağa ilə niyyətləri başqa idi. Onlar Zaro ağanın dünyada tanınmasından istifadə edib, ona xüsusi kostyumlar geyindirərək, sirklərə aparırdılar. Zaro ağa ilə foto çəkdirmək 10 dollar, onu öpmək isə 15 dollar idi.
Dünya mediasını maraqlandıran məqamlarda biri də Zaro ağanın evlilik həyatıdır. Rəsmi olaraq doğulduğu kənddə 7 dəfə evlənən Zaro ağanın neçə dəfə evləndiyi dəqiq məlum deyil. Bəzi mənbələrə görə, o, 13, 17 və 29 dəfə olub. Zaro ağanın 5-i qız, 8-i oğlan olmaqla, 13 övladı olub. Övladlarından da 29 nəvəsi olub.
Həyatıboyu heç vaxt həkimə getməyən ağa həyatının son illərində vərəm xəstəliyinə yaxalanıb və ürəyində böyümə başlayıb. Zaro ağa son nəfəsini də İstanbulda verib. Zaro ağa ölümü ilə də bütün dünyanın diqqətini çəkmişdi. Həmin dövrdə bütün dünya qəzetləri onun haqqında “Dünyanın ən yaşlı adamı öldü” başlığı ilə yazı hazırlamışdı.
Zaro ağanın məzarı hazırda İstanbuldakı Eyüp qəbiristanlığındadır.