Əgər mümkünsə, uşaq 3 yaşına qədər heç bir uşaq müəssisəsinə göndərilməməlidir. Əgər ana işləyirsə, bu müddət ərzində işinə fasilə verməlidir. Əgər bu mümkün deyilsə, uşağını nənəsinin və ya pedaqoji təhsili olan bir baxıcının köməyi ilə ev şəraitində böyütməlidir.
Evdar qadınlar isə bu dövrdə uşaqları ilə bir yerdə olmağa çalışmalıdırlar. Çünki uşaq 3 yaşına qədər ailə mühitinə ehtiyac hiss edir. Bundan başqa, 3 yaş dövrü uşaqda özünəinam hissinin formalaşdığı bir dövrdür. Bu isə yalnız ailə mühitində mümkündür.
Bundan başqa, 3 yaşına qədər bağçaya göndərilən uşağın məktəbəqədər təhsil müddəti uzanır, bu isə qısa bir vaxtda uşağın məktəb həyatından soyumasına səbəb olur. Ona görə də, 3 yaşına qədər bütün imkanlardan istifadə olunmalı və uşaq ev şəraitində böyüdülməlidir. Uşaq 3 yaşına çatdıqda isə ilk illər yarım gün olmaq şərti ilə məktəbəqədər bir müəssisəyə göndərilə bilər.
Məsudə Sultan