Əgər modanın inkişafının ən pik nöqtəsinin indiki zamana təsadüf etdiyini düşünürsünüzsə, yanılırsınız. Bizə təqdim olunan hər şey keçmiş trendlərin yenidən işlənmiş versiyalarıdır. Sadəcə dəbdə olan geyimlər bizim üçün indi daha əlçatan olub. O cümlədən trendləri izləmək indi daha asandır.
Müasir xanımlar indi sevdiyi, bəyəndiyi və ilhamlandığı stil ikonalarını, film ulduzları sosial şəbəkələrdə izləyir. Moda evlərinin rəsmi səhifələri və saytları da imkan verir ki, yeni çıxan kolleksiyalarla dərhal tanış olaq.
Aydın məsələdir ki, 60-70 il əvvəl heç bir xanımın yeni çıxan geyim kolleksiyalar və dəb tendensiyaları ilə dərhal tanış olmaq olmaq imkanı yox idi. Onları dəbi jurnallardan izləyir və öyrənirdirlər. 30-40-cı illərdə Amerikada jurnal səhifələrində çap olunan qlamur gözəlçələrin şəkilləri dövrümüzün ən məşhur instaqram blogerlərinin fotolarından heç nədən geri qalmırdı.
“Gencaile.az” modabaz oxucuları keçmiş fotolara baxmağa və nostalji hisslər yaşamağa dəvət edir.
İkinci dünya müharibəsində Amerikada qadınlar necə geyinirdi?
1. Fotoqraf Erli Teysen, 1940-cı il
Rita Xeyvort öz vaxtının ən məşhur kino ulduzlarından biridir.
2. Fotoqraf Norman Parkinson, 1940-cı il, Vogue üçün
Liza Fonsaqrivs ilk dəfə supermodel adlandırılan isveç modelidir.
3. Fotoqraf Xorst P. Xorst, 1940-cı il, Vogue üçün
Amerikalı aktrisa və model Helen Bennett öz misilsiz saç düzümləriylə məşhur idi.
4. Fotoqraf Toni Frissell, 1941-ci il, Vogue üçün
Boz xizək kostyumunda model.
5. Fotoqraf Con Mexle, 1940-cı il
Amerikalı aktrisa Kerol Lombard.
6. Fotoqraf Xorst P. Xorst, 1940-cı il
Qısa sarı yay sarafanında model.
7. Fotoqraf Con Rolinqs, 1941-ci il
Yaşıl zolaqlı, uzun ipək donda model.
8. Fotoqraf Con Rolinqs, 1941-ci il
Amerikalı aktrisa Loretta Yanq gözəllik və zəriflik təcəssümüdür.
9. Fotoqraf Xorst P. Xorst, 1941-ci il, Vogue üçün
Hollivudun ən məşhur aktrisası Liza Fonsaqrivs.
10. Fotoqraf Xorst P. Xorst, 1941-ci il, Vogue üçün
1940-cı illərdə çox dəbdə olan qalın kəmər və yubka fasonu.
11. Fotoqraf Con Rolinqs, 1942-ci il
Bəbir naxışında astarlı qırmızı paltoda və yun trikotaj donunda model.
12. Fotoqraf Con Rolinqs, 1942-ci il, Glamour üçün
Güllü kupalnik geyinmiş model
13. Fotoqraf Luiza Dal Vulf, 1942-ci il, Harper’s Bazaar üçün
Kəpənəkli yay donunda model.
14. Fotoqraf Eliot Elisofon, 1942-ci il
Amerika aktrisası Veronika Leyk dəbə xüsusi saç düzümünü daxil edib.
15. Fotoqraf Con Rolinqs, 1943-cü il, Vogue üçün
1940-cı illərdə ciddi üst geyimləri dəbdə idi.
16. Fotoqraf Xorst P. Xorst, 1943-cü il, Vogue üçün
Zərif baş geyimlərində modellər, hansılar ki, 1940-cı illərdə qadınların sevimli aksessuarı idi.
17. Fotoqraf Xorst P. Xorst, 1943-cü il, Vogue üçün
Açıq sarı şlyapa və tünd donda model.
18. Fotoqraf Xorst P. Xorst, 1943-cü il, Vogue üçün
Kətan kostyumda model.
19. Fotoqraf Con Rolinqs, 1943-cü il, Vogue üçün
Con Rolinqs 20-ci əsrin ən istedadlı və əhəmiyyətli fotoqraflarından biri idi.
20. Fotoqraf Con Rolinqs, 1943-cü il, Vogue üçün
Boz-qəhvəyi tvid kostyumda model. O dövrdə geniş çiyinli belə pencəklər aktual idi.
21. Fotoqraf Con Rolinqs, 1943-cü il, Vogue üçün
Üzü vual ilə örtülən sarı şlyapada və geniş bantla bəzənmiş sviterdə model.
22. Fotoqraf Xorst P. Xorst, 1943-cü il
Geniş cibləri olan dama-dama paltarda model.
23. Fotoqraf Xorst P. Xorst, 1943-cü il
Boz kostyumu parlaq aksessuarlarla tamamlayan model.
24. Fotoqraf Con Rolinqs, 1943-cü il, Vogue üçün
Norka kürkdə və lələkli zərif qara şlyapada model.
25. Fotoqraf Con Rolinqs, 1943-cü il, Vogue üçün
Model Cessika Patton Barkinqton qırmızı pencəkdə və yaşıl şalvarda.
26. Fotoqraf Con Rolinqs, 1943-cü il, Vogue üçün
Model Dorian Ley çəhrayı qayışıylı atlas ağ donda.
27. Fotoqraf Konstantin Joffe, 1944-cü il, Vogue üçün
Böyük hərb şəkilin fonunda dama-dama pencəkdə model.
28. Fotoqraf Con Rolinqs, 1944-cü il, Vogue üçün
Qış qızılgülləriylə bəzənmiş məxmər şlyapada model.
29. Fotoqraf Con Rolinqs, 1944-cü il, Vogue üçün
30. Fotoqraf Frensis Maklaflin-Qill, 1944-cü il, Vogue üçün
Pəncərə qarşısında, Manhettenin fonunda dayanmış çəhrayı paltolu model