“Gencaile.az” saytının “Həkimim” rubrikasının qonağı “Mayomed” Fizioterapiya və Reabilitasiya Klinikasının pediatrı və kliniki dietoloqu Dr. Rəna Bayramovadır.
– Koronavirus pandemiyası üzündən evdə qalmaq məcburiyyətində olan bir çox insanın əsas problemlərindən biri də gündəlik vərdişlərindəki dəyişikliklərdən asılı olaraq daha çox qida qəbulu və kilo artımı oldu.Sizcə, bunun qarşısını necə almaq olar?
-Təbii ki, bütün dünyada, o cümlədən ölkəmizin COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün daha sərt tədbirlər görülməkdədir. Şübhəsiz, bu dövr həm də əksər insanlar stress, qorxu yaşadı və bunun fonunda passiv həyat tərzinə üstünlük verməyə başladılar. Bütün bunlar isə istər-istəməz qidalanmanın normalarının pozulması ilə nəticələndi. Ancaq unutmaq lazım deyil ki, düzgün qidalanma xüsusilə infeksiya ilə mübarizə aparmaq üçün immunitet sisteminin ehtiyatlarının lazım olduğu qədər artırmaq sağlamlıq üçün son dərəcə vacibdir. Yəni “evdə qal” prinsipinə əməl etmək eyvan, pəncərə və həyətə çıxışı bağlamaq anlamına gəlmir. Əksinə, biz oksigenlə təmasda olan zaman yalnız immun sistemimiz işləyir deyə bilərik, çünki immun sustemi hər zaman immun cavabı verməyə hazır oımalıdır, ki, bu da oksigensiz mükün deyil. Pandemiya hazırda pəhriz seçimlərini azaldıb. Bundan əlavə, bu məhdudiyyət tez-tez yağ, şəkər və duz çox olan qidaların istehlakının artmasına səbəb olur..Beləliklə də maddələr mübadiləsi pozulur. Təbii ki, bu amil sonda artıq çəkiyə səbəb olur. İnsanlar hərəkət etmirlərsə, bədənə gələn kalori yanmırsa, təbii ki, piy formasında bədənimizdə qalır.
– Son aylarda həm də insanların bir çoxu məlum səbəbdən depressiv vəziyyətə düşdü. Bəs stress necə, çəkinin artmasına təsir edirmi?
– İnsanlarların piy toxumaları uzun depressiv vəziyətdə çox vaxt kortizol hormonu ilə görüşür və bu görüşmədə bədənin bir çox yerində piy toxuması dağılır. Qarın nahiyəsində isə piylər çox yığılır. Bundan əlavə, kortizol iştahı artırır və bu səbəbdən qanda bu hormonun çox artması bir çox problemin əmələ gəlməsi deməkdir. Kortizolun sintezini hipofiz vəzi regulasiya edir, yəni baş beyin. Bu da o deməkdir ki, hər şey bizim psixolojİ durumumuzdan aslıdır, çünki stress uzun olursa, kortizol çox buraxılır və həm yeni piylər yığılır, həm bədəndə olan piylər dislokasiya olur. Yəni lazım olan yerdən bədən lazımsız yerlərə daşıyır. Fiziki stressdə buraxılan hormon adrenalin bizi “arıqladırsa, kortizol bizi kökəldir, çünki bu hormon daha psixoloji stressə səbəb olur. Pandemiya isə çox uzun və dərin stress mənbəyi oldu. Stress əgər qorxu ilə dəvam edirsə, bu cür stress həm də immun sistemini zəiiflədir. Bu da ona gətirib çıxardır ki, bədənin hər hansı bir orqanında problem varsa, üzə çıxır və o zaman iştah artıbsa, sağlam qidalanma yoxdur deməkdir. Qan-damar sistemi bir çox problemlə üzləşir. Məsələn, xolesterin mübadiləsi pozulur, qanda “pis” xolesterin artır, bu da ateroskleroza gətirib çıxardır ki, onun da sonu diabet/infarkt/insult deməkdir. Qısası, bütün bunlar piylənmənin fəsadlarıdır.
– Rəna xanım, piylənmənin hansı fəsadları ola bilər?
– Mənim dieetim fəsildən aslı deyil, çünki programım “dietsiz&diet” bir çox tərəvəzlərdən ibarətdir. Hansı ki, indiki dövrdə istənilən meyvə və tərəvəzi mövsümdən asılı olmayaraq tapmaq olur, amma ən yaxşısı mövsümi meyvələrdən istifadə etməkdir ki, mən də buna üstünlük verirəm. Ümumiyətlə, hər hansı bir tərəvəz və meyvə arıqlamaq üçün əvəzolunmazdır. Bədəni təmizləməyə, vitamin təminini artırmağa və həzm sistemini bərpa etməyə kömək edir
– Hazırda yay fəslidir. Maraqlıdır, isti havalarda dieta necə olmalıdır? İsti hava çəkiyə təsir edirmi?
– Yay dietası insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bu da daha çox bədəndə su mübadiləsinin pozulmasına görədir. Bir qayda olaraq artıq çəkili insanların bədənində artıq su toplanması müşahidə olunur. Amma onu da deyim ki, hər insanın artıq çəki səbəbi fərqlidir. İlk olaraq artıq çəkini yaradan səbəbi tapmaq lazımdır ki, pəhriz effekt versin. Hamıya eyni üsulu tətbiq etmək olmaz. Səbəb tapılmasa, insan davamlı olaraq dieta dəyişməli olacaq. Bir məsələni də unutmayaq ki, əgər 30 yaşa qədər çəkimiz ancaq yediklərimizdən asılı olaraq dəyişirsə, 30 yaşdan sonra daha çox hormonlardan asılı oluruq.
– Bəs arıqlamaq istəyən şəxslərin qidalanmadan imtina etməsi nə qədər doğrudur? Ümumiyyətlə, hər pəhrizi tətbiq etmək olarmı?
– Qidalanmadan imtina olunması düzgün yanaşma deyil. Ən əsası ona görə ki.insan ac qalırsa, kökəlir. Bunun səbəbi ac qalan insanın qanına hər dörd saatdan bir lipoproteinkinaza adında fermentin buraxılmasıdır. Hansı ki, həmin ferment bütün piy molekullarını maqnit kimi özünə birləşdirir və qarın nahiyəsinə daşıyır. Şübhəsiz, lipoproteinkinaza fermenti sonsuz deyil və məsələn, adam müharibə şəraitində olarsa, uzun müddətli ac qalmaqla arıqlaya bilər, amma normal yaşam şərtləri çərçivəsində bir neçə gün ac qalmaq arıqlamadan çox kökəlməyə səbəb olur. Hansı pəhrizlə arıqlamaq məsələsinə gəlincə, bu haqda birmənalı danışmaq olmaz, çünki hər insana tətbiq olunan pəhriz fərqlidir. Bu baxımdan yaş, cins, sağlamlıq məsələləri önəmlidir.
-Bir ay ərzində maksimum neçə kiloqram arıqlamaq normal sayılır?
– Bir ay ərzində 4-6 kiloqram arıqlamaq normal hesab olunur. Daha sürətli arıqlma düzgün arıqlama deyil. Hətta daha sürətli arıqlamaq olsa da, sonradan bədən buna uyğunlaşa bilmir və çəki atma prosesi dayanır. Bu isə yenidən kökəlmək anlamına gəlir, amma əgər yavaş-yavaş və sağlam arıqlamağa üstünlük verilərsə, bu həm bədəndə problem yaratmaz, həm də çəkinin sabit qalmasına imkan yaradar.
Söhbətləşdi: Aydan Kərimli
Mən hələ 2 ay sonra Bakıda olacam. Həmin vaxt Bakıya gələndə bu həkim xəstələri Mayomed klinikasında qəbul edəcək? Bir də qiymət məsələsini aydınlaşdırmaq istəyərdim.
Esma xanım, həkim Rəna Bayramova ilə əlaqə vasitələri saytın üst panelində yer alan bannerdə əks olunmuşdur. Hər ehtimala qarşı sizin mesaj qutusuna həkimlə əlaqə vasitələri haqda məlumatlar göndəriləcək.
Men cox yeyirem ve hec cur bunun qarsisini ala bilmirem. Hekimin haqqinda danisdigi dietsiz diet tam menim ucundu. Hekimin qebuluna nece yazilmaq olur?
Sevda xanım, Rəna xanımın iş yeri və əlaqə vasitələri barədə məlumatı saytın üst panelindəki reklam bannerində tanış ola bilərsiniz
Mən bu xanima pediatr kimi muraciet etmek isteyirem. Bele basa dusdum ki, hem de pediatrdi. Sabah elaqe saxlayacam
Salam aleykum, bu həkim çox savadlı, səmimi, işində məsuliyyətli bir həkimdir…eyni zamanda da çox gözəl psixoloqdu🌹