qida

30 yaşdan sonra hansı qidaları yemək olmaz?

Baxış sayı: 553

30 yaşından sonra xroniki xəstəliklər olmasın və insan tez qocalmasın deyə bəzi qidalardan imtina etmək lazımdır.

Pediatr, ailə həkimi, Kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü Rəna Bayramova ilk növbədə rasiondan transyağların və bu yağda hazırlammış qidaların çıxarılmasını tövsiyə edir: “Transyağlar, marqarin xroniki iltihabi proses yaradır, pis xolesterini artırır. Onların təhlükəsiz dozası yoxdur. Ən az doza belə infarkt və insult, xərçəng riskini artırır. Transyağlar market, mağazada olan şirniyyatlarda, kulinariya məhsullarında, fast-fudda çoxdur. Çox vaxt istehsalçılar məhsulda trans yağ olduğunu yazmır gizlədir. Üzərində bitki yağı, marqarin, hissəvi hidrogenizə yağlar və s. yazılan məhsulları almayın. Eləcə də qazlı, rəngli içkilər, energetik içkilərdən uzaq durmalısız. 0,3 litr qazlı suda 10 çay qaşığı şəkər var. Şəkər piylənmə, diabet, insult yaradır, dərini qocaldır, dişləri çürüdür.”

Rena Bayramova

Mütəxəssis bildirir ki, 30 yaşdan sonra duzu, şorabanı, çips, kolbasa yemək də məsləhət deyil: “Bədəndə artıq maye dərini dartır, çəkildikdə isə qatlar və qırışlar yaradır. Eləcə də spirtli içkiləri xeyli azaltmaq lazımdır. Bu içkilər dərini qurudur. İçən insanlar yaşından daha qoca görünür.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir