40 yaşdan yuxarı qadınlar dəri ilə bağlı çox şikayət edirlər. Bu da təsadüfi deyil. Çünki 40 yaş artıq dəriyə daha ciddi qulluq tələb olunan yaş həddidir. Bəs bu yaşda dəriyə necə qulluq etməli? Əlbəttə ki, müxtəlif prosedurlarla yanaşı, maskalarla da. Xanımlara hər yaşda dəri baxımına laqeyd yanaşmamağı məsləhət görən həkim-kosmetoloq Günay Mikayılova ev şəraitində hazırlana biləcək dəri baxım maskaları reseptlərini “Gencaile.az”-ın oxucularına təqdim edir.
40 yaşda yuxarı qadınlar üçün:
Yağlı dəri üçün:
1 x.q təbii bal
1 ədəd yumurta ağı
1 ç.q limon suyu
1 x.q yulaf unu
Bunları qarışdırıb üzünüzdə 30 dəqiqə saxladıqdan sonra isti su ilə (40*C) yuyun. Maskanı axşam yatmamışdan əvvəl istifadə etmək daha məsləhətdir.
Quru dəri üçün:
1 x.q bal
1 x.q qoz tozu
1 x.q zeytun yağı
1 ədəd yumurta sarısı
AE vitaminli krem
Maskanı üzünüzdə 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
İstənilən yaşda yaşana biləcək quru dəri problemi üçün:
İstənilən nəmləndirici krem
1 yumurta sarısı
1 ç.q zeytun yağı
Maskanı üzünə sürtüb 30 dəqiqə sonra yuyun. Həftədə 2 dəfə edin.