qadin

50 yaşdan yuxarı qadınlar GÖZƏLLİK MƏSLƏHƏTLƏRİNİ bölüşdülər

Baxış sayı: 707

Yaşı 50-dən çox olan qadınlar gənc xanımlar üçün gözəlliklə bağlı məsləhətlərini paylaşıblar. Hər kəsin marağına səbəb olan bu məsləhətlər böyük maraqla qarşılanıb.

Beləliklə, gənc xanımlar üçün faydalı fikirləri təqdim edirik:

 

Yatmadan öncə makiyajınızı təmizləyin

55 yaşlı estetik həkim Darlene Tenes gənc xanımlara makiyajla yatmamağı məsləhət görür. Əks təqdirdə, gözətrafı hissələr makiyaj vaistələri ilə dolur və yuxudan oyandığınız zaman üzünüz çirkli və şişkin görünəcək.

 

Xoşbəxtliyinizi doya-doya yaşayın 

Anna Volinski hər zaman güldüyü üçün 64 yaşında da gənc görünürdü.

 

Saçlarınızı peşəkarlara həvalə edin

“Saçlarınızı kəsdirəndə və rəngləyəndə heç vaxt xəsislik edib, özünüz etməyin. Mütləq peşəkarlara müraciət edin. Bunu özünüzə layiq bilin”. 58 yaşlı Petti Bell xanımlara məsləhətində bunları qeyd edib.

 

Daha çox su için

53 yaşlı Trasi Qluhaic hər gün çoxlu su içəndə dərinin yumşaldığını və insana enerji verdiyini qeyd edir.

 

Daha çox yeyin

“Kaş ki, pəhrizin gələcək sağlamlığım və qocalmama təsirini bilsəydim… daha çox yemək yeyərdim”. 58 yaşlı Karol Alt qadınlara dietadan uzaq, sağlam qidalar qəbul etməyi məsləhət görür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir