34

81 santimetrlik qadın, nikahdan əvvəl doğulan uşaq

Baxış sayı: 1. 510

Bir çoxları Amanda Fayf və Stiven cütlüyünü dünyanın ən təzadlı, qeyri-adi ailəsi adlandırırlar. 

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, boyu cəmi 81 santimetr olan qadın Stivenlə artıq 6 ildən çoxdur bir yerdə yaşayır.

Cütlük 2009-cu ildə ailə qurub. Həmin vaxtlar hər iki gəncin ailə üzvləri, habelə yaxınları Amanda ilə Stivenin bir yerdə çox yaşamayacağını düşünərək bu nikaha qarşı çıxıblar. Lakin sevgililər öz qərarlarında israrlı olaraq evliliyin ömürlərinin sonuna qədər uğurlu olacağını iddia ediblər.

Və verdikləri vədə də əməl edirlər. Onlar birlikdə xoşbəxt olduqlarını, bir-birlərini çox yaxşı başa düşdüklərini deyirlər.

Dünyanın ən qeyri-adi, təzadlı ailəsi ilə bağlı maraqlı faktlardan biri də onların övladlarının hələ toydan əvvəl dünyaya gəlməsidir. Anadangəlmə osteoqenez xəstəliyi ilə doğulan qadının çox sevdiyi ərindən toydan əvvəl doğulmuş uşağının indi 6 yaşı var.

Stiven isə deyir ki, onlar arasındakı kəskin fiziki fərqin mövcudluğu cütlüyün sevgi münasibətlərinə heç bir mənfi təsir göstərməyib. O, Amanda ilə elə ilk görüşdən özünü çox yaxşı hiss edib və ailə həyatından bu gün də razıdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir